"Yeni himn Ermənistanı emiqrasiya və yoxsulluqdan xilas etməyəcək" | 1news.az | Xəbərlər
Ermənistan

"Yeni himn Ermənistanı emiqrasiya və yoxsulluqdan xilas etməyəcək"

11:20 - 22 / 02 / 2019
"Yeni himn Ermənistanı emiqrasiya və yoxsulluqdan xilas etməyəcək"

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan yeni himnin ən yaxşı mətninin yazılması və bununla bağlı işçi qrupunun yaradılması üçün müsabiqənin başladığını elan edib.

1news.az xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistanda” dərc edilmiş məqalədə sonsuz mitinqlərin, yeni himnin əhalini yoxsulluqdan, emiqrasiyadan  xilas etməyəcəyi vurğulanıb.

“Gəminin uğurlu bir səfər üçün adı, əlbəttə ki, vacibdir, amma onun idarə olunmasını bacaran heyətin olması daha mühümdür.

Ermənistan əhalisi yoxsulluğun öhdəsindən gəlmək və durumlarının necə olacağını aydınlaşdırmağa çalışarkən, hökumət dairələrində hər şey olduğu kimi davam edir. Son 30 ildə olduğu kimi insanlarla hökumətin kiçik bir əlaqəsi də yoxdur.

Çörəyin qiyməti artıb, banandan danışmağa dəyməz, demək, növbəti dəfə qiymətlər uçacaq, ancaq yoxsulluq başda oturanlar tərəfindən diqqətə alınmır.

Deməli, insan bədəninin ən həssas orqanı indiyə qədər biz ağılsızların düşündüyü yox, məhz cibdir”, deyə məqalədə qeyd edilib.

İstehza ilə vurğulanıb ki, bütün bunlar Ermənistanın yeni himninin mətni ilə bağlı elan edilən müsabiqəyə nisbətdə çox xırda hallardır:

“Bunu indi nəyə görə etməyin lazımlı olduğu ancaq prosesin təşəbbüskarına məlumdur. Baxmayaraq ki, Alen Simonyanın özü də ölkənin həll edilməmiş problemləri - iqtisadiyyat, Qarabağ məsələsi, daxili siyasi həll edilməmiş problemlər haqqında danışır ...

Yalnız İrəvanda hər gün neçə-neçə mənzillərin, mağazaların qarət edildiyi bir vaxtda əlbəttə, himnin dəyişdirilməsi məsələsi ilə məşğul olmağın tam zamanıdır.

Statistika Komitəsinin məlumatına görə, rəsmi rəqəmlər son 30 ildə ölkə əhalisinin sayı kəskin azalıb, xüsusilə 2018-ci ildə ölkəmizdə əhalinin sayı 7,6 min nəfər azalıb. Hindistanlı dostlarımızın repatriasiyası nəzərə alınmasa, emiqrasiya davam edir.

Yeni himnin sözləri və ya siqaretə tam şəkildə qadağa qoyulması yoxsulluq aradan qalxmayana qədər insanların ölkəni tərk etməyəcəklərinin qarşısını almayacaq.

Və martın 1-də növbəti mitinq-yürüşə şahidlik edəcəyik. Burada, ehtimal ki, "1 mart hadisəsi" tam olaraq açıqlanacaq - bu ya beşinci, ya da altıncı dəfədir deyilir, sayı artıq itirmişik.

Ölkəmiz demoqrafik bir böhrana yaxınlaşır. Bəlkə artıq yetər bunların günahkarlarının  kim olduğunu - əvvəlki hakimiyyət orqanları, daha köhnələr və ya bütün bunları başlayan birinci olduğunu aydınlaşdırmaq".

P.S.




Paylaş:
696

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər