Türkiyə dövlət qurumlarında təmizləmə: çevrilişə cəhd dəf edildikdən sonra neçə nəfər işdən çıxarılıb və həbs edilib? – FOTO
Türkiyədə iyulun 16-sı gecə hərbçilərin dövləti qanunsuz olaraq devirməsinə cəhddən sonra minlərlə vətəndaş həbs edilib, saxlanılıb və ya iş yerindən azad edilib.
Prezident Ərdoğanın bəyan etdiyi kimi, çevrilişə cəhd dövlət apparatı və ordunun tərkibinə sirayət etmiş Fətullah Gülən (FETÖ) terror qruplaşması üzvlərinin işidir.
Kütləvi təmizlənmə işləri demək olar ki, ölkənin bütün sahələrinində – dövlət müəssisələrində, məhkəmə apparatında, təhlükəsizlik xidmətlərində aparılır.
Türkiyənin dövlət qulluqçuları, ali məktəblərin rektorları və alimlərinin müvəqqəti olaraq ölkədən çıxması qadağan edilib.
Son hesablamalara görə, çevrilişə cəhddən sonra saxlanılanların ümumi sayı 8663 nəfər təşkil edib.
Həmçinin saxlanılıb və həbs olunub:
- 210 polis əməkdaşı, 6319 hərbçi, 118 general və 1350 zabit, həmçinin 4854 başqa rütbəli şəxslər,
- 1481 hakim və prakuror.
- Ankara və əyalətlərdə hakim və prakurorlarla yanaşı, 650 vətəndaş da həbs edilib.
- 990 nəfər barəsində həbs qəti-imkan tədbirləri görülüb ki, bunlardan 34-ü polis əməkdaşı, 17-si general, 65-i zabit, 583-ü hərbçi və 273-ü hakim və prokuror, 18 nəfəri isə mülki şəxslərdir.
- eləcə də, saxlanılanlardan 80 nəfəri azad olunub, 215-i isə şərti olaraq azadlığa buraxılıb.
Digərlərinə qarşı hüquqi prosedurlar davam edir.
İşdən azad edilənlər:
- Gənclər və İdman Nazirliyinin 245 əməkdaşı,
- Təhsil Nazirliyinin 15 200 əməkdaşı,
- Milli Kəşfiyyat Təşkilatının (MIT) passiv heyətindən 100 əməkdaş,
- Nazirlər Kabinetinin 257 əməkdaşı, həmçinin, 230 məruzəçi, 19 mütəxəssis, 6 məsləhətçi və 2 hüquq məsləhətçisi.
- Dini Qurumlar və Daxili İşlər Nazirliyinin 8777 əməkdaşı, xüsusən də 30 qubernator, həmçinin əyalət qubernatoru, dövlət xidmətinin 52 inspektoru, 16 hüquq məsləhətçisi, baş direktor müavini və 2 şöbə rəisinin müavini.
- Ali Məhkəmə Şurası və prakurorluğun 5 üzvü,
- müxtəlif dərəcəli 2 675 hakim.
Qeyd edək ki, kütləvi həbs olunma səbəbindən BMT Türkiyəni günahsızlıq prezumpsiyasına riayət etməyə çağırıb.
Son məlumatlara görə, hərbi çevrilişə cəhd zamanı həlak olanların sayı 230 nəfərə çatıb. Həmçinin 62 polis əməkdaşı və 173 mülki şəxs vəfat edib. Yaralıların sayı 1535 nəfər təşkil edir.
Çevrilişə cəhdin aradan qaldırılmasından sonra Türkiyənin baş naziri və prezidenti parlament tərəfindən ölkədə ən ağır cəza olaraq ölüm hökmünün yenidən bərpa olunmasını istisna etmir.
Bu bəyanata cavab olaraq Avropa İttifaqı bunun baş verəcəyi təqdirdə Türkiyənin Aİ-yə daxil olması faktiki olaraq müzakirə olunmayacağını bəyan edib.
1news.az