Türkiyədə daha 29 hakim saxlanılıb
Türkiyənin Kayseri əyalətində hərbi çevrilişə cəhdlə əlaqəsi olan 29 prokurorluq əməkdaşı və hakim saxlanılıb.
Bu barədə 1news.az Anadolu agentliyinə istinadla xəbər verir.
Qeyd edək ki, daha əvvəl 450 prokurorluq əməkdaşı və hakim saxlanılmışdı.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə zamanı 290 nəfər ölüb, 1400 nəfər yaralanıb.
1news.az
1060