Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRH

Qafar Ağayev11:12 - 26 / 04 / 2024
Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRH

Çardaq, söhbətgah, dam örtüyü bunlar adətən həyətlərdə, bağlarda, parklar üçün nəzərdə tutulsa da Azərbaycanda bu məkanlarla yanaşı, bu sadalananlar qəbiristanlıqlıqlarda da istifadə edilir.

Dünyanın bir çox yerində bununla bağlı müəyyən olunan standartlara riayət olunsa da Azərbaycanda hələki bununla bağlı nə sərt nəzarət var, nə də vətəndaşlar könüllü şəkildə bu israfdan çəkinirlər.

Vəfat edən şəxslərin yaxınları sanki bir-biri ilə bəhsə girərək, qəbiristanlıqda minlərlə pulu israf edirlər. Bəzən məzar daşlarının, heykəllərin qəbiristanlıqda inşa edilən çardaqların qiyməti ev qiymətindən də baha olur.

Bu pula isə hansısa ağır xəstəlikdən əziyyət çəkən və ya imkanı zəif olan insanlara yardım etmək olar.

Belə olduğu halda həmin vəfat edən şəxsin ruhuna daha çox rəhmət oxutdurmaq olar.

Dəbdəbəli məzar daşları, çardaqlar bəzən ölü yaxınının borclanmasına gətirib çıxarır.

Bəs görəsən qəbiristanlıqlarda belə dəbdəbə yaratmağın İslam dini ilə əlaqəsi varmı?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, dəfələrlə qaldırılmasına baxmayaraq, bu gün də bu məsələ aktualdır.

“İnsanlarımız yas mərasimlərində, qəbiristanlıqlarda israfa yol verirlər. Dəbdəbəli məzar daşları, bəzən heykəllər qoyurlar. Hesab edirəm ki, bunun İslamla, bizim dinimizlə heç bir əlaqəsi yoxdur, bu sadəcə insanların özünün təşəbbüsüdür”.

Belə israfçılığın qarşısının alınması üçün 2 yol var:

“Birinci insanlar özləri anlayaraq belə israfçılığa son qoymalıdırlar, amma görünən odur ki, vətəndaşlar buna getməyə hazır deyil. İkincisi isə hüquqi-normativ akt yaradaraq biz bu prosesi tənzimləyə bilərik. Normativ akt vasitəsilə belə addımların atılması məsələsi nəzərdən keçirilə bilər. Biz bunun üçün müəyyən işləri görə bilərik. Qeyd etdiyim məqam və nüans nəzərə alınmalıdır. Bu məsələnin bizim dinimizlə əlaqəsi yoxdur, din israfçılığa qarşıdır”.

İlahiyyatçı Elşad Miri deyib ki, məzarların üzərində heykəl ucaldılması, sinə daşı qoyulması və s. kimi məsələlərin İslam dini ilə əlaqəsi yoxdu.

“İslamın yeganə mənbəyi Qurani Kərimdir və Quran da insanların ölüm, dəfn kimi məsələlərlə bağlı deyil, əsasən düzgün yaşamaları, dürüst yaşamaları, ətrafdakı insanlara qarşı yaxşı olmaları, saleh əməllərini əsas alır. Digər məsələlər adətlərlə bağlıdır, bu məsələyə İslam dini qarışmır. İslam dinini 6-cı əsrdə gəlmiş bir din qəbul etsək, həmin dövrdən əvvəl də insanlar öz yaxınlarını necə dəfn edirdilərsə, İslamdan sonra da eyni davam etdirilib. Yəni xüsusi bir adət-ənənə gətirilməyib, qanunlar qoyulmayıb. Bu gün bəzi ölkələrdə vəfat edən şəxsin nəşini yandırmaq kimi bir adət var, ona heç kimin qarışa bilmədiyi kimi buna da qarışa bilməz”.

“Amma buna biz başqa tərəfdən baxa bilərik” – deyə E.Miri əlavə edib:

“Bu gün baxdığımızda görürük ki, yas mərasimlərində, qəbiristanlıqlarda edilənlər israfçılıqdır. Bunun nə vəfat şəxsə, nə də yaxınlarına heç bir faydası yoxdur. Bu olanlar sadəcə insanların bir-birini qınamasından, yaxud da “qonşudan geri qalmamaq” prinsipindən qaynaqlanan məsələlərdir. Yenə deyirəm, bunun İslam dininə, Qurani Kərimə heç bir aidiyyatı yoxdu”.

Yazır Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

Paylaş:
1527

Sizin üçün xəbərlər

Son xəbərlər

Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüş keçirilib - ФОТОBu gün, 18:19Sahibə Qafarova: Yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadırBu gün, 17:49Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 17:42AMB xüsusi tənzimləmə rejiminə dair müraciətləri qiymətləndirməyə başlayıbBu gün, 17:23ANAMA və BQXK arasında mina təhlükəsi ilə mübarizə üzrə əməkdaşlıq müzakirə edilibBu gün, 17:18İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlal Rüstəmov dəfn edilibBu gün, 16:44Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşübBu gün, 16:31Beynəlxalq İnvestisiya və Əmlak Zirvəsi uğurla yekunlaşdı! - FOTOBu gün, 16:22Avtomobil Kür çayına düşdü, 3 nəfərin axtarışları davam edir - FOTOBu gün, 16:12Azərbaycanın Omandakı səfiri dəyişib - Prezidentdən SƏRƏNCAMLARBu gün, 16:07“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli olduBu gün, 16:05Azad edilmiş ərazilərə yeddi mindən çox keçmiş köçkün qaytarılıbBu gün, 15:48Prezident: Bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkBu gün, 15:40İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:29“Gusto Moderno”: Bakının mərkəzində günəşli İtaliya və Aralıq dənizinin kulinariya dünyasına səyahət – FOTO – VİDEOBu gün, 14:45Azərbaycan Prezidenti Qırğızıstanın Joqorku Keneşinin sədrini qəbul edib - YENİLƏNİBBu gün, 14:36Zakir Həsənov Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcəkBu gün, 14:28Azərbaycanda Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilib - SƏRƏNCAMBu gün, 14:27Bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir - XəbərdarlıqBu gün, 13:48ADY 21-ci Xəzər Translogistika Sərgisində: modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin cəlbediciliyini artırmaqdadır - MÜSAHİBƏBu gün, 13:45
Bütün xəbərlər