Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar

14:04 - 11 / 05 / 2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar

10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Paylaş:
203

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır05 / 06 / 2024, 19:20bp-nin icraçı vitse-prezidenti ilə görüş keçirilib - FOTO05 / 06 / 2024, 19:18Macarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO05 / 06 / 2024, 18:5529-cu Bakı Enerji Forumu öz işinə başlayıb05 / 06 / 2024, 17:56Macarıstan şirkətləri ilə enerji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib05 / 06 / 2024, 17:49Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbul olmaq istəyən gənclərin NƏZƏRİNƏ05 / 06 / 2024, 17:43Pakistan Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb05 / 06 / 2024, 17:28Ceyhun Bayramov Polşa XİN-in dövlət katibi ilə görüşüb05 / 06 / 2024, 17:22Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır05 / 06 / 2024, 17:01Qırğızıstan Joqorku Keneşinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub05 / 06 / 2024, 16:51XİN: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığa sadiqdir05 / 06 / 2024, 16:41Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışları davam edir - VİDEO05 / 06 / 2024, 16:14Azərbaycanda toxumluq taxıl sahələrinin aprobasiyasına başlanılıb05 / 06 / 2024, 16:09Prezident su təsərrüfatı və meliorasiya işçilərini təltif edib - SİYAHI05 / 06 / 2024, 16:04Yük və sərnişindaşımaları üçün icazələrin verilməsi və daşıyıcıların uçota alınması davam edir05 / 06 / 2024, 15:42Milli Paralimpiya Komitəsində yeni təyinat olub05 / 06 / 2024, 15:24Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn olundu05 / 06 / 2024, 15:21Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt məlum olub05 / 06 / 2024, 15:00Nazim Mahmudov: yaxın günlərdə havanın temperaturu bir qədər də yüksələcək05 / 06 / 2024, 14:54Azərbaycanın Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb05 / 06 / 2024, 14:47
Bütün xəbərlər