Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Qafar Ağayev11:55 - 24 / 04 / 2024
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Paylaş:
210

Son xəbərlər

Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edibBu gün, 11:49Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27Bu gün cənub bölgəsinin bəzi rayon və kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqBu gün, 11:24Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünün vaxtı bəlli olduBu gün, 11:19“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26
Bütün xəbərlər