“Nə bir şilləsini görmüşəm, nə də bir acı sözünü eşitmişəm” - 73 il birlikdə keçən ömür - VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Müsahibə

“Nə bir şilləsini görmüşəm, nə də bir acı sözünü eşitmişəm” - 73 il birlikdə keçən ömür - VİDEOREPORTAJ

Ayşən İsmayılova13:43 - 29 / 12 / 2023
“Nə bir şilləsini görmüşəm, nə də bir acı sözünü eşitmişəm” - 73 il birlikdə keçən ömür - VİDEOREPORTAJ

Ailədaxili münaqişələrin baş alıb getdiyi, boşanmaların pandemiya kimi yayıldığı bir dövrdə uzunömürlü ailələr tapmaq müşkül məsələyə çevrilib.

1news.az-ın müsahibləri olan Hacan baba və Mələk nənə isə nəinki buna nail olublar, hətta 73 ildir ki, birgə xoşbəxt həyat sürürlər.

Hacan Qocayev 1930-cu ildə Qərbi Azərbaycanın Gölkənd kəndində, xanımı Mələk Qocayeva isə 1935-ci ildə Salah kəndində doğulub. 1950-ci ildə ailə quran cütlüyün 5 övladı, nəvələri və nəticələri var.

Acılı-şirinli günlərin bir-birini əvəz etdiyi ömür yollarında 73 ili geridə qoyan baba və nənə uzunömürlü evliliklərinin sirrlərini 1news.az-a danışıb.

Qeyd edək ki, onların övladı Xaqani Qocayev Birinci Qarabağ müharibəsinin şəhididir.

Daha ətraflı 1news.az-ın videomüsahibəsində:

FOTO - VİDEO - Nadir İbrahimli

Paylaş:
7632

Son xəbərlər

Bütün xəbərlər