Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri keçirilib - FOTO

Qafar Ağayev17:19 - 03 / 07 / 2024
Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri keçirilib - FOTO

İyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir etdiyi qeyd edərək bunların qiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkün olduğunu bildirib.

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələrinin təyin edildiyini bildirən Fuad Nağıyev proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin mövcudluğunu diqqətə çatdırıb.

Fuad Nağıyev 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxtın verildiyini və yenidən audit olunacaqlarını qeyd edərək prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsinin davam etdiyini vurğulayıb.

Agentlik sədri qarşıda duran əsas hədəfin COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsi olduğunu və hotelçilik sənayesinin COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcəyinə inandığını bildirib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanı ölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafında əsaslı rol oynayan turizm sənayesinin əhəmiyyətini qeyd edib.
Habelə turizm sektorunun əsas qollarından biri olan hotelçilik sferasında rəqabətliliyin təmin olunması üçün biznes subyektləri tərəfindən istehlakçı gözləntiləri istiqamətində keyfiyyət göstəricilərinin artırılması, turistik məhsul və ya xidmətlərin daha da inkişaf etdirilməsi diqqətə çatdırılıb.
Bundan əlavə, turizm sahəsində resursların səmərəli idarə olunması, iş proseslərinin optimallaşdırılması və xərclərin azaldılmasına töhfə verən yeni standartların qəbul edilməsinin vacibliyi vurğulanıb. Həmçinin son dövrlərdə aktuallıq daşıyan halal turizmin inkişaf perspektivlərindən bəhs edilib. İslami qaydalara cavab verən turizm xidmətləri və məhsullarının təklif edilməsinin müsəlman ölkələrindən gələn turistlər üçün cəlbediciliyi artıracağı qeyd olunub.

Tədbir zamanı Dünya Səyahət və Turizm Şurası tərəfindən təsis edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu “Hotel Dayanıqlılıq Əsasları” təşəbbüsünə qoşulmaq barədə məlumat verilib.

Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları" proqramı yerləşmə sənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstək olmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir və bununla da dayanıqlılıq üzrə təşəbbüs göstərən bizneslərin fərqlənməsinə şərait yaradır.

Eyni zamanda, turistlərə hotel va digər yerləşmə vasitələrini daha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya Platforması təqdimat edilib.

Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edən hotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinə imtiyaz va güzəştlər şamil ediləcək.

Paylaş:
243

Son xəbərlər

Dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verildi - FOTO05 / 07 / 2024, 22:37İlham Əliyev: Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri Türk dünyasıdır05 / 07 / 2024, 17:43Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB05 / 07 / 2024, 17:41“Bravo” Supermarketlər Şəbəkəsinin dəstəyi ilə Naxçıvanda yaşayan şəhid ailələri ilə görüş keçirilib05 / 07 / 2024, 17:38İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB05 / 07 / 2024, 17:17Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB05 / 07 / 2024, 17:10İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib05 / 07 / 2024, 16:41Dövlət Başçısı Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib - YENİLƏNİB05 / 07 / 2024, 16:39İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - YENİLƏNİB05 / 07 / 2024, 16:35Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - YENİLƏNİB05 / 07 / 2024, 16:34Dövlət Başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoyub - YENİLƏNİB05 / 07 / 2024, 16:33İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib - YENİLƏNİB05 / 07 / 2024, 16:31Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub - YENİLƏNİB05 / 07 / 2024, 16:29İlham Əliyev Xocalı hava limanında olub - YENİLƏNİB05 / 07 / 2024, 16:28Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq05 / 07 / 2024, 16:14“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb05 / 07 / 2024, 16:13Bakının Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılacaq05 / 07 / 2024, 16:09Gəncədə dilənçilər və tufeyli həyat tərzi keçirənlər saxlanıldı05 / 07 / 2024, 16:06Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib05 / 07 / 2024, 15:28Muxtar Babayev Konqo Prezidenti ilə görüşüb05 / 07 / 2024, 15:24
Bütün xəbərlər