Autizmli gənclərdən ibarət xor və ritm qrupu Leyla Əliyevaya mahnı həsr ediblər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Autizmli gənclərdən ibarət xor və ritm qrupu Leyla Əliyevaya mahnı həsr ediblər - VİDEO

Qafar Ağayev17:36 - 03 / 07 / 2024
Autizmli gənclərdən ibarət xor və ritm qrupu Leyla Əliyevaya mahnı həsr ediblər - VİDEO

"Birgə və Sağlam" İctimai Birliyinin autizmli gənclərdən ibarət "Mavi Ürəklər" xor və ritm qrupu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın doğum gününü özünəxas şəkildə təbrik edib.

Belə ki, qrup Leyla Əliyevaya həsr edilmiş "Leyla" mahnısını ərsəyə gətirib. Söz və musiqisi qrupun bədii rəhbəri Arzu Səmədqızı tərəfindən yazılan mahnı qrupun solistləri Nuray Eynallı, Kənan Məmmədov və qrupun digər üzvləri tərəfindən səsləndirilib.

Leyla xanımın autizmli uşaq və gənclərə göstərdiyi mənəvi dəstəyə ithafən bəstələnmiş mahnıya qrup üzvlərinin iştirakı ilə klip də çəkilib. Tanınmış rejissor Cəlal Kəngərlinin çəkdiyi klip Kengerli Media Mərkəzi, Xəzər Media Mərkəzi, Ajour Events Group, Azərbaycan Dövlət Akademik Filarmoniyası və L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik orta ixtisas musiqi məktəbinin dəstəyi ilə ərsəyə gəlib.

Autizmli şəxslər möhtərəm Leyla xanım Əliyevanı ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür arzulayır və göstərdiyi mənəvi dəstəyə görə sonsuz minnətdarlığını bildirirlər.

Paylaş:
497

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər