Aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanıldı – FOTO

15:41 - 17 / 06 / 2019
Aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanıldı – FOTO

Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib.

Cəmi 1 dəqisə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər.

Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də onun bu niyyətinin qarşısı alınıb.

Polis Bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
492

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər