Dövlət Neft Fondunun rəsmi internet səhifəsi yenilənib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondunun rəsmi internet səhifəsi yenilənib

17:42 - 12 / 12 / 2018
Dövlət Neft Fondunun rəsmi internet səhifəsi yenilənib

Dövlət Neft Fondunun (ARDNF) www.oilfund.az internet ünvanında yerləşən və 2001-ci ildən fəaliyyət göstərən internet səhifəsi yeni dizaynda və tərtibatda istifadəçilərin ixtiyarına verilib.

Fonddan 1news.az-a verilən məlumata görə, saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin ARDNF haqqında daha ətraflı məlumatlandırılmasına kömək etmək və fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.

İnternet səhifənin istifadəsində operativliyin artırılması məqsədilə saytda məzmun baxımından dəyişikliklər edilib, bir sıra bölmələrdə informasiyalar infoqrafik qaydada tərtib edilərək vizuallaşdırılıb və səmərəlilik baxımından müxtəlif bölmə və hissələr yeni qaydada qruplaşdırılıb.

Saytın ana səhifəsində ARDNF və onun fəaliyyəti barədə dolğun informasiyanı əhatə edən 4 əsas bölmə yerləşir: “Fond”, “Hesabat və statistika”, “İnvestisiya” və “Layihələr”.

“Fond” bölməsində ARDNF-nin tarixi, məqsəd və fəlsəfəsi, mükafatları, loqosu və inzibati binası barədə məlumatları əhatə edən “Fond haqqında” alt bölməsi, ARDNF-nin idarəetmə strukturu, rəhbərliyi barədə məlumatlar, struktur bölmələrin əsasnamələrinin yerləşdirildiyi “İdarəetmə” alt bölməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığını, Suveren Fondların Beynəlxalq Forumu və Santyaqo prinsipləri barədə məlumatları əhatə edən “Beynəlxalq əlaqələr” alt bölməsi, ARDNF-nin fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirən qanun, fərman və sərəncamlar, o cümlədən fondun və Azərbaycan Respublikasının dövlət büdcəsi barədə sənədləri əhatə edən “Hüquqi sənədlər” alt bölməsi, ARDNF-nin ictimaiyyətlə əlaqələri, informasiya siyasəti, fond barədə yeniliklərə dair xəbərləri, foto və video materialları, elanları, ARDNF-nin rəhbərliyinin çıxış və təqdimatları, xəbərlər arxivi, faydalı keçidlər, sual-cavab, ARDNF haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazılar və ictimaiyyətin fondun fəaliyyətinə dair rəy və təkliflərini qeyd edə biləcəyi elektron müraciət formasının yerləşdirildiyi “Mətbuat guşəsi” alt bölməsi, ARDNF-nin işə qəbul prosesi, mövcud vakansiya və təcrübə imkanları haqqında məlumatların yer aldığı “Karyera imkanları” alt bölməsi yerləşir.

Saytın “İnvestisiya” əsas bölməsində ARDNF-nin investisiya siyasəti və investisiya portfeli, vəsaitlərin idarə edilməsini həyata keçirən xarici menecerlər, ARDNF-nin aldığı daşınmaz əmlaklar və qızıl barədə məlumatlar və fondun investisiya fəaliyyətinin nəticələrinə dair rüblük təqdimatlar yerləşdirilib.

“Layihələr” adlı əsas bölmə fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr barədə ətraflı məlumatları əhatə edir.

“Hesabat və statistika” əsas bölməsi fondun fəaliyyətinə dair ümumi statistik göstəricilər və son rəqəmləri, ARDNF-nin büdcəsinə dair məlumatları, illik hesabatları, gəlir və xərclər barədə rüblük hesabatları, fondun maliyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit olunmuş hesabatları, Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə ümumiləşdirilmiş və icmal hesabatları, həmçinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) hesabatlarından ibarət arxivi əhatə edir.

İctimaiyyət və media nümayəndələri saytda “Əlaqə” bölməsində yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara cavab ala bilərlər. Bu bölmədə həmçinin ARDNF-nin ünvanını əks etdirən xəritə və fonda gəlmək üçün istifadə olunan nəqliyyat vasitələri, ARDNF-lə əlaqə üçün telefon və elektron poçt ünvanları barədə məlumatlar yerləşdirilib.

Sayt istifadəçiləri saytı ziyarət edərkən gündəlik yenilənən əsas xarici valyutaların məzənnələri, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti ilə də tanış ola bilərlər.

Saytda fonda dair yeni məlumatları əldə etmək üçün abunə yazılışı, eyni zamanda ARDNF-nin sosial şəbəkələrdəki səhifələrinə (https://www.facebook.com/SOFAZ.ARDNF/, https://twitter.com/SOFAZOfficial) keçidlər də mövcuddur.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

1news.az

Paylaş:
583

Son xəbərlər

24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21
Bütün xəbərlər