Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTO

10:11 - 26 / 04 / 2024
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTO

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır.

Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur.

Görünüş - eleqant

HONOR Magic6 Pro iki rəngdə mövcuddur - qara və yaşıl. İkincisi eko dəri ilə örtülmüşdür. Qara rəngdə telefon daha eleqant görünür, mat şüşə isə çirklənməyə daha az həssasdır.

Displeydə barmaq izi skaneri quraşdırılıb, yüksək səsli stereo dinamiklər, avadanlıqları idarə etmək üçün infraqırmızı port və iki fiziki SİM üçün dəstək mövcuddur (əlavə olaraq eSIM də var). Magic6 Pro IP68 standartına uyğun qorunduğu üçün suya davamlıdır. Metal çərçivə möhkəmdir və displey son dərəcə güclü HONOR NanoCrystal Shield şüşəsi ilə qorunur.

1 ilə 120 Hz arasında dəyişən yeniləmə dərəcəsi və inanılmaz dərəcədə yüksək parlaqlığa malikdir. Həmçinin göz mühafizə texnologiyaları da mövcuddur. Həssas gözləri olanlar, titrəmə olmadığı üçün rahat hiss edəcəklər. Bundan əlavə, istehsalçı yalnız vaxt və tarixi deyil, “Always On Display displey” rejimini də tətbiq etmişdir.

Güc - maksimum

HONOR Magic6 Pro-da güclü qrafika və süni intellekt mühərrikinin köməyilə yüksək səviyyəli Snapdragon 8 Gen 3 prosessorunu quraşdırıb. Bu sadəcə oyunlar üçün deyil, smartfonun qabaqcıl foto və video imkanları üçün vacibdir. Bundan əlavə smartfona12 GB sürətli RAM və 512 GB daxili yaddaş əlavə edilib.

HONOR Magic6 Pro ikinci nəsil silikon-karbon batareyası ilə təchiz edilib ki, bu da batareyanın özünün kiçik ölçüsü ilə 5600 mAh tutum əldə etməyə imkan verir. Uzun müddətli istifadə baxımından, şarj etmədən üç gün işlədə bilərsiniz. Ancaq çox çəkiliş etsəniz, onu daha sürətli doldurmalı olacaqsınız.

Kamera — yüksək standartlı

HONOR Magic 6 Pro nüfuzlu DxOMark mənbəsinə görə dünyada 2024-cü ildə 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon oldu.

HONOR Magic6 Pro üç əsas kameradan ibarət bloka malikdir. İlk olaraq, 1/1,49 düymlük sensor ölçüsü, 2,5x optik zum və f/2,6 diaframa malik 180 MP telefoto kameradır. İkincisi, 122 dərəcə bucaq və 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameradır. Üçüncüsü, f/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz olunub. Geniş bucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir, bundan əlavə həmçinin avtomatlaşdırmaya etibar edə bilərsiniz, beləki, çekim sürəti və diyaframı da daxil olmaqla optimal çəkiliş parametrlərini seçəcəkdir.

Avtomatlaşdırmanın üstünlükləri bəzi sürətli hadisələrdə millisaniyəlik anları çəkərkən diqqət cəlb edir. Məsələn, bu, idman yarışı, rəqs və ya yarış ola bilər.

Keyfiyyət itkisi olmadan 2,5x optik böyütməni də qeyd edə bilərik. Hibrid 5x böyütmə də əla iş görür - burada aparat komponenti süni intellekt tərəfindən fəal şəkildə dəstəklənir.

Qiymət və Satış haqqında məlumat

Azərbaycanda smartfon iki rəngdə təqdim olunur - şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı. Yalnız bir yaddaş seçimi var - 12/512 GB.

HONOR Magic6 Pro satışa aprelin 26-dən çıxacaq və alış zamanı HONOR Watch 4 ağıllı saatı və HONOR-dan smartfon keysi HƏDİYYƏ veriləcək. Smartfonu İrşad, Baku Electronics, Kontakt Home, Elit Optimal, Soliton, Umico və Music Gallery mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkün olacaq.

Reklam hüququnda

Paylaş:
238

Son xəbərlər

Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51
Bütün xəbərlər