“Həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum!” | 1news.az | Xəbərlər
Müsahibə

“Həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum!”

11:02 - 24 / 05 / 2018
“Həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum!”

1news.az qəbul imtahanlarının 700 bal toplamış Vasif Əsədovun müsahibəsini təqdim edir

- Vasif, özünüzü daha yaxından tanıdın

- Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var.

- Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

- Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitet  axtarışında idim və BANM qarşıma çıxdı. Sonra Ali Məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.

- İnkişafınız və bu uğurunuz üçün ən çox kimə borclusuz?

- İnkişafım və uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.

- Hobbiniz varmı və ümumiyyətlə nə ilə məşğul olmağı daha çox sevirsiz?

- Daha çox kitab oxumağı sevirəm. Ona görə hobbim kitab oxumaqdır deyə bilərəm. Qəbul imtahanına hazırlaşdığım son il istisna olmaqla, aşağı siniflərdən bədii kitab oxumağı əsas hobbiyə çevirmişəm. Amma bundan başqa şahmat və voleybol oynamağı, bir də döyüş növləri ilə məşğul olmağı da sevirəm.

- BANM-ı bitirdikdən sonra nə etməyi planlayırsız?

- BANM-ı bitirdikdən sonra təhsilimi xarici ölkələrin birində, xüsusilə də ABŞ və ya Almaniyada davam etdirməyi planlayıram.

- Seçiminiz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası olub. Bu ixtisas nə ilə sizi cəlb edir?

- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üçün keçid balı respublikada ən yüksək keçid balına çatdığına görə bu ixtisas məni cəlb etdi. Mən həmişə rəqabəti sevmişəm. Bu ixtisasda rəqabətin ən yüksək  səviyyədə olduğunu düşündüyüm üçün seçimimi məhz onun üzərində dayandırdım. Düşünə bilirsinizmi, ixtisasın ən aşağı bal yığan tələbəsi 685 bal yığıb. Təbii ki, bu cür ixtisas sağlam rəqabətə və yüksək təhsilə zəmanət verir.

- Seçim qarşısında olan və növbəti il gələn abituriyentlərə nə məsləhət görərdiz?

- Seçim qarşısında olan abituriyentlərə məsləhətim bu olardı ki, əgər I qrup üzrə hazırlaşırlarsa, heç düşünmədən BANM-ı seçsinlər. BANM-ın kampusu ilə də tanış oldum, çox möhtəşəmdir. Mən həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum. Bu çox gözəl hissdir. “BANM-ın tələbəsi” adını qazanmağı hər bir abituriyentə arzulayıram.

 

 

Paylaş:
683

Sizin üçün xəbərlər

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər