“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı davam edir | 1news.az | Xəbərlər
Siyasət

“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı davam edir

18:10 - 15 / 07 / 2019
“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı davam edir

Rusiyanın mobil operatorlarından biri olan “Meqafon” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir.

1news.az xəbər verir ki, Rusiyanın ölkəmizin ərazi bütövlüyünü tanımasına baxmayaraq, “Meqafon” Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edir.

Hətta şirkət öz saytında qondarma “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib.

Qeyd edək ki, belə məlumatların yayılması 2018-ci ilin noyabrından, şirkətə erməni əsilli Gevork Vermişyanın rəhbər təyin edilməsindən sonra daha geniş vüsət alıb.

Həmyerlilərimizdən birinin mobil operatorun müştəri xidməti mərkəzinə bu təxribatın aradan qaldırılması barədə müraciətinə “Meqafon” şirkətinin cavabı belə olub: “Bizim dövlətimiz Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıyır. Şirkətimiz isə Rusiya Federasiyasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir.”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə səyləri, eləcə də Rusiyada yaşayan həmyerlilərimizin ciddi etirazları nəticəsində “Meqafon” şirkətinin saytında olan bu təxribat xarakterli məlumat aradan qaldırılıb.

Bu kimi qanunazidd addımların respublikamız üçün informasiya təhdidləri və dövlət təhlükəsizliyi məsələlərində ciddi problem yaratması səbəbindən Azərbaycanın mobil operatorlarının “Meqafon” şirkəti ilə əməkdaşlığı dayandıracağı nəzərdə tutulur.

Xatırladaq ki, “Meqafon” Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində telekommunikasiya xidmətlərini fəal inkişaf etdirir və öz tərəfdaşı olan “Qarabağ Telekom” şirkəti vasitəsilə rouminq xidmətləri həyata keçirir.

1news.az

Paylaş:
589

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər