Formula-1 turizmin inkişafının göstəricisi kimi: Prezident İlham Əliyev Qran-pri yarışlarını yüksək qiymətləndirib | 1news.az | Xəbərlər
FORMULA 1

Formula-1 turizmin inkişafının göstəricisi kimi: Prezident İlham Əliyev Qran-pri yarışlarını yüksək qiymətləndirib

17:40 - 13 / 02 / 2019
Formula-1 turizmin inkişafının göstəricisi kimi: Prezident İlham Əliyev Qran-pri yarışlarını yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Real TV-yə verdiyi müsahibə zamanı turizmin inkişafı və ölkəyə turist axınının cəlb edilməsindən danışarkən, Formula-1 yarışlarının keçirilməsini də xüsusi qeyd edib.

1news.az-ın verdiyi xəbərə görə, ölkə başçısı Azərbaycanın bu yarışlardan əldə etdiyi maliyyə gəlirlərindən də danışıb:

“Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”, – Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.

Formula-1 – Azərbaycanda keçirilən genişmiqyaslı yarışlardan biridir. 2014-cü ildə Formula-1 ilə Azərbaycan arasında yarışın Bakıda keçirilməsilə bağlı müqavilə imzalanıb. Və 2016-cı ildə ilk dəfə olaraq Bakı küçələrində bu möhtəşəm yarış keçirilib. 2017 və 2018-ci illərdə keçirilən yarış isə mövsümün ən yaxşı yarışı hesab edilib. Azərbaycanda keçirilmiş Formula-1 yarışları ilə bağlı dünya mətbuatı da böyük heyranlıqla yazıb.

İdman yarışı olmaqla yanaşı, Formula-1-in keçirilməsi ölkə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Yarış zamanı Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Sadəcə statistika: 2018-ci ildə yarışlara canlı baxmaq istəyən turistlərin sayı 31% təşkil edib. Formula-1 üçün 65 ölkənin fanatları təşrif buyurublar.

Ölkə başçısının qeyd etdiyi kimi, Formula-1 dünya üzrə yarım milyardlıq auditoriyaya malikdir. 2018-ci ildə Azərbaycan Qran-prisinə 83 milyonluq televiziya auditoriyası baxıb.

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkətinin müstəqil araşdırmaları zamanı məlum olub ki, ilk iki Qran-prilərin keçirilməsindən ölkə iqtisadiyyatına 277,3 milyon dollarlıq gəlir gəlib.

Ötən həftə isə Formula-1 və Azərbaycan arasında yenidən müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, 2023-cü ilə qədər yarışlar keçiriləcək. Həmçinin, yeni müqavilə Azərbaycan üçün əlavə gəlirlər üçün yeni imkanlar yaradır.

Müqavilənin imzalanması mərasimi zamanı gənclər və idman naziri Azad Rəhimov müqavilədən Azərbaycanın əldə edəcəyi imkanlardan danışıb. Belə ki, Bakı yarışı sponsorları cəlb etməyə imkan verəcək. Əyləncə zonlarında reklam yerləşdirilməsilə bağlı hüquqlar da veriləcək.

Baku City Circuit-un marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadari 1news.az-la söhbət zamanı cənab Prezidentin yüksək qiymətləndirməsi onları daha çox motivasiya etdiyini bildirib:

 “Bizim üçün böyük şərəfdir ki, cənab Prezident Formula-1 yarışını xüsusi qeyd edib. Baku City Circuit-un Əməliyyat Komitəsi yarışın yüksək səviyyədə keçirilməsi və ölkəyə xeyir gətirməsi üçün çox çalışır.

Qran-pri zamanı Azərbaycan gələn turistlərin sayı ildən-ilə artır. Yarışların 2023-cü ilə qədər keçirilməsini elan etdikdən sonra bilet satışı da artıb. Bu, bizim üçün böyük sevincdir.

Cənab Prezidentin qiymətləndirməsi isə bizi daha çox motivasiya edir. Çalışırıq ki, ölkəyə gələn əcnəbi turistlərin sayı artsın. Azərbaycanı bütün möhtəşəmliyi ilə təqdim etmək istəyirik.

Cənab Prezident bildirib ki, yarış ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Burada söhbət 2016-2017-ci illərdə keçirilmiş ilk yarışlardan gedir. Ötənilki yarış isə daha çox uğur gətirdi.

Ötən il Qran-pri yarışlarının dörd günü ərzində 94 min tamaşaçı olub. Bu il də artım gözləyirik. Xüusilə, 46 ölkədən olan vətəndaşlar artıq biletləri alıb. Ötən il isə aprelin sonunda 65 ölkədən olan azarkeşlər bilet almışdı. Bu il əcnəbi fanatların artımını gözləyirik”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
5156

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər