Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO

17:18 - 29 / 04 / 2024
Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO

Bakının Yasamal rayonu Şərifzadə küçəsində parklama yeri kimi istifadə edilən səki piyadalara qaytarılıb.

Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bazar günü, aprelin 28-də səhər saatlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 255 ünvanında ictimai yerin (səkinin) zəbt edilməsi faktı aşkarlanıb.

Piyada səkisinin parklama yerinə çevrilməsi və bu ərazidə mövcud ağaclara zərər verilməsi cəhdinin qarşısı Baş İdarə tərəfindən alınıb. Belə ki, Baş İdarə müvafiq strukturları məlumatlandırmaqla, piyada səkisinin əvvəlki vəziyyətə qaytarılmasını təmin edib.

İctimai yerlərdən qanunsuz istifadə və zəbt halları, o cümlədən şəhər ərazisində qanunsuz tikinti faktlarına qarşı Baş İdarə tərəfindən aparılan barışmaz mübarizə bundan sonra da davam etdiriləcək”, – Riyad Qasımov yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə səkinin ərazidə yeni restoranı açılmalı olan "McDonald's" restoranlar şəbəkəsi tərəfindən zəbt edildiyi barədə məlumat yayılıb.

1news.az "McDonald's Azərbaycan"ın mətbuat xidməti ilə əlaqə saxlayıb. Restoranlar şəbəkəsində bu məlumatın həqiqəti əks etdirmədiyi və qeyri-qanuni işlə əlaqələrinin olmadığı bildirilib. Şirkət həmçinin “McDonald's Azərbaycan”ın binanın sahibi olmadığını və mülkiyyətçi ilə icarə müqaviləsi bağladığını qeyd edib.

“McDonald's Azərbaycan” şirkəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səkilərin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində atdığı addımları alqışlayır”, - "McDonald's Azərbaycan"ın mətbuat xidmətindən bildirilib.

Paylaş:
253

Son xəbərlər

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24Şimşək çaxacaq, leysan yağacaq - PROQNOZBu gün, 13:16Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 12:50Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıbBu gün, 12:37Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTOBu gün, 12:31Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıbBu gün, 12:11Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülübBu gün, 12:09Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıbBu gün, 11:54Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı! - FOTOBu gün, 11:31Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə bilərBu gün, 11:25Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıbBu gün, 11:19Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olubBu gün, 11:16Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilibBu gün, 11:09AccessBank-da “VIP Club”-ın rəhbəri: Biz müştərilərimizə eksklüziv bank məhsulları və fərdiləşdirilmiş premium xidmət təklif edirikBu gün, 11:00Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub - FAKTİKİ HAVABu gün, 10:55Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:54Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilibBu gün, 10:47
Bütün xəbərlər