Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq - BŞH | 1news.az | Xəbərlər
FORMULA 1

Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq - BŞH

13:11 - 02 / 06 / 2020
Karantin bitməsə, Azərbaycan Qran-prisi olmayacaq - BŞH

 

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı hansısa rəsmi məlumat və heç bir yenilik yoxdur". 

1news.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Bakıdakı yarışın taleyi barədə danışarkən deyib. 

O bildirib ki, Azərbaycan Qran-prisi ilə bağlı qərarı hökumət verməlidir. BŞH rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum buna qərar verə bilməz: "Azərbaycan hökuməti qərar verməlidir. "Formula 1"lə danışıqlar davam edir. Karantin rejimi bitməlidir ki, biz yarışı təşkil edək. Bu olmasa, təşkil edə bilmərik".

Menecer TƏBİB-in "Bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək davam edəcək" açıqlaması barədə isə bunları söyləyib: "Biz bilməliyik ki, hansı məhdudiyyətlər götürüləcək. Sərhəd açılmalı və reyslər olmalıdır. Karantin sadəcə tibbi maska taxmaq deyil. İlk növbədə, sərhədlər açılmalıdır".

G.Quliyeva heç nə bəlli olmadığı üçün hazırlıqlara başlamadıqlarını da sözlərinə əlavə edib: "Biz şirkət olaraq iyunun 15-dək hələ ki, karantindəyik". 

Qeyd edək ki, müxtəlif KİV Azərbaycan Qran-prisinin təhlükə altında olduğunu yazıb və Bakıdakı yarışın İtaliyada daha bir yarışla əvəzlənmə ehtimalı olduğunu bildirib.

1news.az

Paylaş:
4811

Son xəbərlər

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”Bu gün, 10:26İrandan Azərbaycana 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTOBu gün, 10:25“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEOBu gün, 10:12İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edibBu gün, 10:11Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıbBu gün, 10:03Komissiya katibi: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaqBu gün, 09:54
Bütün xəbərlər