“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır

S.Xankişiyeva14:03 - 04 / 06 / 2022
“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır

“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.

1news.az-ın verdiyi xəbərə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

İclasda Dövlət Turizm Agentliyinin əməkdaşı tərəfindən “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nın təqdimatı olub. O, Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə ətraflı məlumatlar verib.

O da qeyd edilib ki, Dövlət Turizm Agentliyi tərəfindən cari ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirilmiş, hədəflər, istiqamətlər müəyyən edilmiş və Kəlbəcər rayonunun çoxşaxəli turizm potensiallı olduğunu nəzərə alaraq, hazırda ərazidə turizm resurslardan səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.

Paylaş:
546

Son xəbərlər

Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:09
Bütün xəbərlər