Məktəbə hazırlıq bazarlığı - Bir şagird üçün minimum xərc nə qədərdir? - VİDEOREPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Məktəbə hazırlıq bazarlığı - Bir şagird üçün minimum xərc nə qədərdir? - VİDEOREPORTAJ

Aynurə Xudaverdiyeva11:00 - 05 / 09 / 2023
Məktəbə hazırlıq bazarlığı - Bir şagird üçün minimum xərc nə qədərdir? - VİDEOREPORTAJ

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.

Övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər artıq məktəbli ləvazimatlarını almağa başlayır. Məktəb ləvazimatları satılan mağazalarda alıcı sıxlığını müşahidə etmək olar.

Çeşidlər müxtəlif, seçimlər isə fərqlidir. Hər kəsi maraqlandıran məsələ isə qiymətlərdir.

1news.az-ın çəkiliş qrupu məktəbli ləvazimatları satılan mağazalara üz tutub. Araşdırmalarımız nəticəsində qiymətlərin müxtəlif olduğunu öyrəndik. Sual yaranır bəs 1 şagirdi məktəbə yola salmaq üçün təxmini nə qədər pul lazımdır?

Minimal qiymətlərə aşağıdan nəzər yetirə bilərsiniz:

1. Dəftərlər - 20 qəpik

2. Qələmlər - 10 qəpik

3. Rəngli karandaşlar - 1 manat

4. Xəttkeş - 50 qəpik

5. Plastilin - 1 manat 50 qəpik

6. Termos - 8 manat

7. Karandaşqabı - 5 manat

8. Məktəbli çantası – 15 manat

9. Məktəbli forması - uzunqol və qısaqol köynəklərin 15, şalvar və ətək isə 25 manat

Bir məktəblini yola salmaq üçün minimal qiymətlərə nəzər yetirərək cəm halında hesablama etdik. Əgər məktəbliyə 5 dəftər(1 manat), 2 qələm(20 qəpik), 1 qutu rəngli karandaş(1 manat), 1 xətkeş(50 qəpik), 1 plastilin(1 manat 50 qəpik), 1 termos(8 manat), 1 ədəd karandaşqabı(5 manat), 1 ədəd məktəbli çantası(15 manat) və məktəbli forması lazımdır(40 manat).

Beləliklə, minimal qiymətlərdən yola çıxaraq bu cür qənaətə gəldik ki, bir şagirdi məktəbə yola salmaq üçün hər bir valideynə ən azı 72 manat 20 qəpik lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videoreportaja daxil ola bilərsiniz:

Foto+video: Nadir İbrahimli

Paylaş:
4512

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər