Zenbook Duo (2024) UX8406: Hər detalda innovasiyalar, üslub və universallıq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zenbook Duo (2024) UX8406: Hər detalda innovasiyalar, üslub və universallıq – FOTO

12:03 - 11 / 03 / 2024
Zenbook Duo (2024) UX8406: Hər detalda innovasiyalar, üslub və universallıq – FOTO

Müasir dövrdə noutbuklar gündəlik həyatımızın ayrılmaz hissəsinə, hər birimizin innovasiya, üslub və universallığı özündə birləşdirən xüsusi nəsə axtardığı rəqəmsal dünyada əsl dostlarımıza çevrilib.

Noutbuklar sadəcə işimizi asanlaşdıran köməkçilər deyil, həm də rəngarəng həyat tərzimizə uyğunlaşa bilən etibarlı yoldaşlarımızdır. Eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığının və effektivliyin əsas rol oynadığı bir dünyada cihazın universallığı xüsusi əhəmiyyət kəsb edir.

Sizə belə unikal cihazlardan biri olan Zenbook Duo (2024) UX8406 noutbukunu təqdim edirik. ASUS brendinin innovativ “Zenbook” noutbuk silsiləsinə aid olan bu model qabaqcıl texnologiyaları və dəbli dizaynı özündə birləşdirir ki, bu da onu dəbli və kompakt cihazda maksimum performansa nail olmaq istəyənlər üçün ideal seçimə çevirir. İndi isə gəlin “Zenbook Duo”nu xüsusi edən nüanslara yaxından nəzər salaq.

“Zenbook Duo” 120 Hz yeniləmə tezliyinə malik iki ədəd 14 düymlük ASUS Lumina OLED 3K displeyi ilə təchiz edilib. Heyrətamiz detalizasiya və kinematoqrafik DCI-P3 rəng qamması təklif edən bu displeylər yüksək kontrast səviyyəsi və 0,2 ms-lik cavablandırma müddəti sayəsində təsvirdən inanılmaz vizual həzz almağa imkan verir.

Dəbli və kompakt dizaynı “Zenbook Duo”nu eyni zamanda bir neçə tapşırığı yerinə yetirənlər və ya səfərdə olarkən işləyənlər üçün ideal yoldaşa çevirir. İki ekran adi noutbukdan masaüstü kompüterə və ya virtual klaviaturası olan noutbuka qədər müxtəlif ssenarilərdə istifadə oluna bilər.

“Intel Core Ultra 7” və “Ultra 9” prosessorları ilə təchiz edilmiş “Zenbook Duo” noutbuku bol resurs tələb edən tapşırıqların icrası zamanı üstün performans nümayiş etdirir. Belə ki, “Intel AI Boost NPU” daxili süni intellekt sürətləndiricisi tapşırıqların daha sürətli və effektiv icrasını təmin edir.

“Zenbook Duo” displeyləri yüksək rəngötürücülük dəqiqliyi üçün “Pantone” sertifikatına malikdir. Adaptasiya sistemi rəng sahələrini seçməyə, enerjiyə qənaət etməyə və “ASUS Tru2Life” rəng profillərini dəstəkləməyə imkan verir.

Əlavə istilik yayıcısına və qrafen araqatlarına malik “ASUS IceCool” sistemi hətta yüksək performans zamanı belə effektiv soyutmanı təmin edir. Tək ekranda 13,5 saata və iki ekranda 10,5 saata qədər maksimum işləmə müddəti “Zenbook Duo” noutbukunu uzun iş sessiyaları və tez-tez baş tutan səyahətlər üçün ideal edir.

İki ekranı sayəsində “Zenbook Duo” eyni anda bir neçə proqramda maksimum səmərəli işləməyə imkan verir. İki ekran sənədlərlə daha rahat və səmərəli işləməyə şərait yaradır. Siz bir ekranda sənədə baxa, digərində qeydlər apara və ya mətni redaktə edə bilərsiniz.

Kompakt ölçü, yüngül çəki və uzunmüddətli avtonomluq noutbuku daim hərəkətdə olanlar üçün ideal yol yoldaşına çevirir və fərdi üslubunuzu aydın şəkildə ön plana çıxarır.

Zenbook Duo (2024) UX8406 ​​sadəcə noutbuk deyil, güc, üslub və universallığın ustalıqla yaradılmış ahəngidir. Bu noutbukların hər detalında rəqəmsal imkanlar dünyasında misilsiz təcrübə yaradan funksionallıqlarla innovasiyaların harmoniyasını tapacaqsınız. 14 düymlük iki OLED displeyi, dəbli dizaynı və yüksək performansı sayəsində “Zenbook Duo” adını noutbukların ən yüksək liqasına yazdırır, texnologiya və eleqantlığın heyranedici simfoniyasını yaradır və istifadəçiləri “Zenbook Duo” (2024) UX8406” ilə möhtəşəm imkanlar dünyasını yaşamağa dəvət edir. Burada hər an üslub və texnologiya dünyasında müstəsna macəraya çevrilir!

Oyun oynayın, öyrənin və hədiyyələr qazanın!

MDB ölkələrində yeni “ASUS Zenbook Duo 2024”ün satışının başlanması münasibətilə ASUS brendi “ASUS-un macəraları” adlı interaktiv-maarifləndirici oyuna start verir. Oyunun qalibi noutbukla mükafatlandırılacaq. İştirakçılar müxtəlif maneələri dəf edən və bacarıqlarını inkişaf etdirən personajı idarə etməlidirlər. Hər səviyyədəki oyun elementləri yeni flaqman məhsulun müxtəlif funksiyalarını və xüsusiyyətlərini simvolizə edir.

2024-cü il martın 11-dən aprelin 15-dək davam edəcək yarışın hər mərhələsinin qalibləri “Microsoft 365” aktivləşdirmə kodlarına, finalın qalibi isə əsas mükafat – “Zenbook Duo 2024” noutbukuna layiq görüləcək. Mərhələlərin nəticələri ASUS CIS-in sosial şəbəkə hesablarında elan olunacaq.

Özündə oyun, təhsil və əyləncə elementlərini birləşdirən “ASUS-un macəraları” “ASUS Zenbook” noutbuklarında tətbiq olunmuş ən son texnologiyaları öyrənmək üçün nəzərdə tutulmuş əyləncəli vasitədir.

Reklam hüququnda

Paylaş:
370

Son xəbərlər

ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08
Bütün xəbərlər