Xalq Bankdan hüquqi şəxs və sahibkarlar üçün QR kodla ödəniş qəbulu | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq Bankdan hüquqi şəxs və sahibkarlar üçün QR kodla ödəniş qəbulu

14:49 - 15 / 03 / 2024
Xalq Bankdan hüquqi şəxs və sahibkarlar üçün QR kodla ödəniş qəbulu

Öz fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Xalq Bank təqdim etdiyi məhsul və xidmətlər üzrə innovativ həlləri uğurla tətbiq etməyə davam edir.

Bank bu dəfə biznes üçün müasir nağdsız ödəniş üsullarından olan QR kodla ödəniş xidmətini istifadəyə verir.

Bu ödəniş üsulu biznes sahiblərinə rahat, sürətli və təhlükəsiz xidmətdən istifadə imkanı təqdim edir. Belə ki, xidmətdən yararlanan sahibkar POS-terminal vasitəsilə və ya XalqOnline tətbiqi üzərindən QR kodu oxudaraq satış zamanı ödənişləri rahat şəkildə qəbul edə biləcək. Ödənilmiş məbləğ real rejimdə təsərrüfat subyektinin Xalq Bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən dərhal istifadə edilməsini mümkün edir. Xidmətin bir üstünlüyü də ondan ibarətdir ki, Xalq Bank müştərisi olmaqla, sahibkar AÖS-ə qoşulmuş və AZQR standartını dəstəkləyən bütün bankların müştərilərindən QR kodla nağdsız ödənişləri qəbul edə biləcək.

Bu rəqəmsal həllin kart sahibləri üçün üstünlüyü isə ödəmə metodunda seçim və istifadənin sadə olmasıdır. QR koddan istifadə ödənişin nağd pul və ya bank kartının iştirakı olmadan aparılmasına imkan verir. Kart sahibi alış-veriş edərkən satış məntəqəsində təqdim edilən QR kodu mobil tətbiq ilə skan edir və ödənişi rahatlıqla həyata keçirir. Qeyd edək ki, Xalq Bank müştəriləri QR kodla ödənişi həm kart hesabı, həm də cari hesab vasitəsilə apara bilərlər.

Həmçinin QR kod vasitəsilə XalqOnline istifadəçiləri bir-birinə rahatlıqla pul göndərmək və ya qəbul etmək imkanından da yararlana bilərlər. Bunun üçün müştəri tətbiqdə ödəniş qəbulu üçün QR kod yaradır və qarşı tərəfə göndərir, yaxud ona göndərilmiş QR kodu tətbiqdə oxudaraq vəsaiti hesabına yönləndirə bilir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
357

Son xəbərlər

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16
Bütün xəbərlər