Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilir

Qafar Ağayev13:56 - 19 / 03 / 2024
Hərbi qulluqçuların maarifləndirilməsi üzrə keçirilən tədbirlər davam etdirilir

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən həyata keçirilən tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, Cari il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşüblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Görüşlər çərçivəsində gənclərin tərbiyəsində islam dininin rolu, milli birliyin möhkəmlənməsində dini həmrəyliyin rolu, hərbi kollektivlərdə qarşılıqlı münasibətlər, yüksək davranış qaydaları, sağlam əhval-ruhiyyənin yaranmasında və formalaşmasında mənəvi dəyərlərin rolu, şəxsi heyətin tolerantlıq ruhunda tərbiyəsi, eləcə də digər mövzularda söhbətlər aparılıb, Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
94

Son xəbərlər

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16
Bütün xəbərlər