Bu gün Yer Kürəsi Günüdür | 1news.az | Xəbərlər
Dünya

Bu gün Yer Kürəsi Günüdür

15:49 - 20 / 03 / 2024
Bu gün Yer Kürəsi Günüdür

Bütün dünyada martın 20-də BMT-nin təşəbbüsü ilə Yer Kürəsi Günü qeyd olunur.

1news.az xəbər verir ki, beynəlxalq bayramların təqvimində iki Yer Kürəsi Günü var – birincisi bu gün - yaz gecə-gündüz bərabərliyi günündə - martın 20-21-də, ikincisi isə aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist yönümlü, ikincisi isə ekoloji yönümlüdür.

Martın 20-nin 1971-ci ildə BMT tərəfindən Yer Kürəsi Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Kürəsi Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

Bu günün yaradıcısı 1840-cı illərdə ölkənin hər bir vətəndaşının ətraf mühitə hörmətlə yanaşması proqramı çərçivəsində ağac və kol əkmək kampaniyasına başlayan məşhur Amerika ictimai xadimi Con Morton hesab olunur. 1872-ci ildə o, Nebraska ərazisinin katibi olanda abadlıq işlərinə həsr olunmuş bir gün təklif etdi. Dərhal çox populyarlaşan həmin gün Ağac Günü adlandırıldı.

İlk gün ərzində ştatın sakinləri bir milyona yaxın ağac əkiblər və onların təşəbbüsü tezliklə ictimai hərəkata çevrilib. 1970-ci ildən başlayaraq bayramın mənası ətraf mühitin mühafizəsi ilə bağlı ümumi ideyaya qədər genişlənib və yeni bir ad - Yer Kürəsi Günü meydana çıxıb. Bu isə milli səviyyədə qeyd olunub. 1971-ci ildə BMT həmin bayramı rəsmi olaraq qəbul etdi və sonradan qloballaşan həmin tarix ildən-ilə daha çox beynəlxalq dəstək aldı.

Dünyanın müxtəlif yerlərində bu gün ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması üçün keçirilən ən məşhur tədbirlər arasında ekoloji sərgi və festivallar, marafonlar və təbiət konfransları, şəhərlərdə küçə və ərazilərin təmizlənməsi, ağacların əkilməsi və sıx küçələrdə nəqliyyatın dayandırılması, mədəni tədbirlər, konsertlər yer alır.

Onu da qeyd etmək lazımdır ki, formalaşmış ənənəyə görə, hər il Yer Kürəsi Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan Sülh Zəngi birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.

Yer Kürəsi Gününün, həmçinin planetimizin kosmosdan çəkilmiş ilk fotoşəkillərindən birini təsvir edən öz bayrağı var. Bu, yalnız birgə səylərlə Yer kürəsində qlobal ekoloji və sosial problemləri həll edə biləcəyimizi dərk etməyin əlamətidir. Təsadüfi deyil ki, bu bayram kosmonavtlar tərəfindən fəal şəkildə dəstəklənir. Axı planetimizin nə qədər gözəl və müdafiəsiz olduğunu, onun hamımızın diqqətli rəftarına necə ehtiyacı olduğunu dünyaya ilk dəfə onlar çatdırıblar...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Paylaş:
391

Son xəbərlər

Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39
Bütün xəbərlər