Azad olunmuş ərazilərə avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: Biletlər satışa çıxarılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunmuş ərazilərə avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: Biletlər satışa çıxarılacaq

Qafar Ağayev15:26 - 25 / 03 / 2024
Azad olunmuş ərazilərə avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: Biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə aprel ayı üçün biletlər 27 mart saat 11:00-da satışa çıxarılacaq.

Agentlikdən 1news.az-a bildirilib ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

"Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlərin alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər", - qurumdan bildirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bugünədək ümumilikdə 707 reys həyata keçirilib, 28754 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Paylaş:
222

Son xəbərlər

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50
Bütün xəbərlər