Hərbi Prokurorluq işçiləri DİN-in yüksək rütbəli vəzifəli şəxsləri ilə birgə hərbi hissələrdə olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Prokurorluq işçiləri DİN-in yüksək rütbəli vəzifəli şəxsləri ilə birgə hərbi hissələrdə olublar - FOTO

Qafar Ağayev19:14 - 25 / 03 / 2024
Hərbi Prokurorluq işçiləri DİN-in yüksək rütbəli vəzifəli şəxsləri ilə birgə hərbi hissələrdə olublar - FOTO

Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluqdan 1news.az-a bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Sonra Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Eyni zamanda, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və lokal xarakterli antiterror tədbirləri xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Ardınca qonaqlar hüquqi maarifləndirici mövzularda çıxışlar edib, hərbi qulluqçuların suallarını cavablandırıb, onların qayğı və problemləri ilə maraqlanıblar. Həmçinin hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Sonda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müxtəlif ağaclar əkilib.

Paylaş:
242

Son xəbərlər

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25
Bütün xəbərlər