Dövlət Xidmətinin nümayəndə heyəti Macarıstanda Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Xidmətinin nümayəndə heyəti Macarıstanda Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib - FOTO

Qafar Ağayev12:43 - 27 / 03 / 2024
Dövlət Xidmətinin nümayəndə heyəti Macarıstanda Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Respublikasına işgüzar səfər edib.

Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, Səfər çərçivəsində heyət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Budapeşt şəhərində yerləşən Regional Rəqabət Mərkəzi (RCC) tərəfindən təşkil olunan Rəqabət qurumu rəhbərlərinin iclasında iştirak edib.

İclas OECD və RCC ilə əməkdaşlıq edən dövlətlərin rəqabət qurumlarının müvafiq sahədə hüquqi alətlərinin təhlili, məhkəmə orqanları ilə birgə fəaliyyət, tənzimləmə metodları, yanaşma və təcrübələrinin nəzərdən keçirilməsi məqsədilə baş tutub.

Tədbir zamanı Macarıstan Rəqabət Qurumunun prezidenti Ksaba Balaş Riqo, OECD-nin Rəqabət istiqamətinin rəhbəri Ori Şvartz və OECD-nin Rəqabət Komitəsinin sədri Frederik Cenninin çıxışları dinlənilib. Daha sonra rəqabət orqanları rəhbərlərinin və sahə ekspertlərinin iştirakı ilə “Rəqabət qurumlarının qanuni nəzarət tədbirləri” və “Birləşmələrə nəzarət” mövzularında panel müzakirələr təşkil olunub.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Birləşmələrə nəzarət” panel müzakirədə çıxışı zamanı rəqabət qanunvericiliyinin əsas prinsipləri və tənzimləmə mexanizmlərini ehtiva edən Rəqabət Məcəlləsi barədə ətraflı məlumat verib. Panel müzakirənin mövzusuna uyğun olaraq Azərbaycanda birləşmə, qovuşma və pay alqı-satqısı sahələri üzrə Məcəllədə yer alan yeniliklərdən söz açıb. Həmçinin birləşmə və payların alqı-satqısı zamanı haqsız rəqabət hallarının təhlili və bazarda rəqabət mühitinin inkişafı istiqamətində Dövlət Xidmətinin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, yeni hüquqi aktda inhisarçı davranış və təmərküzləşmə halları ilə mübarizə metodları, müvafiq sahədə nəzarət və digər rəqabət meyarları Avropa İttifaqı, OECD və Türkiyə də daxil olmaqla, beynəlxalq təcrübə əsasında formalaşdırılıb. Dövlət Xidmətinin rəisi birləşmə, qovuşma və pay alqı-satqısına nəzarət sahəsində Məcəllənin tətbiqi zamanı tənzimləmə bazasının daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

İclas dəyirmi masa müzakirələri, RCC-nin fəaliyyətinə dair sessiyalar, o cümlədən ikitərəfli görüşlərlə davam etdirilib.

Qeyd: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Regional Rəqabət Mərkəzi (RCC) Şərqi, Cənub-Şərqi və Mərkəzi Avropa regionlarının rəqabət qurumlarının əməkdaşlığı üçün yaradılmış platformadır. Mərkəz rəqabət qanunvericiliyi, siyasəti və təşviqi mövzuları üzrə seminar və təlim proqramları ilə müvafiq qurumlar arasında təcrübə mübadiləsi və əməkdaşlıqların qurulmasına imkan yaradır.

Paylaş:
159

Son xəbərlər

Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25
Bütün xəbərlər