CAR lideri Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

CAR lideri Prezident İlham Əliyevi təbrik edib

Qafar Ağayev17:21 - 28 / 03 / 2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə,
o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inamımı ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Paylaş:
210

Son xəbərlər

Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32
Bütün xəbərlər