BMT-də Azəbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

BMT-də Azəbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib

Qafar Ağayev09:17 - 13 / 04 / 2024
BMT-də Azəbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azəbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib.

1news.az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən birgə brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadin moderatorluğu ilə baş tutub.

Brifinqdə çıxış edən BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda körfəz tərəfdaşlarından biri olmaqdan məmnun olduğunu dilə gətirib.

Diplomat qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə dini lider, vətəndaş cəmiyyəti nümayəndələri, təşkilatlar, gənclər, qadınlar, akademik dairələr, peşəkar və biznes ictimaiyyəti də daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə əməkdaşlıq imkanları yaratmaq və ictimaiyyətin iştirakı üçün bu platformanın genişləndirilməsinə sadiq qalmağa davam edəcək.

Brifinqdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum haqqında qısa videoçarx nümayiş olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbii sərvətləri əks olunub və eləcə də, ölkəmizin müstəqillik tarixi və Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərini barəsində geniş məlumat verilib.

Brifinqdə çıxış edən “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov forum tarixcəsi haqqında qonaqlara məlumat verib.

Paylaş:
188

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb29 / 04 / 2024, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub29 / 04 / 2024, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olub29 / 04 / 2024, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı29 / 04 / 2024, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO29 / 04 / 2024, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTO29 / 04 / 2024, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB29 / 04 / 2024, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutuldu29 / 04 / 2024, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB29 / 04 / 2024, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdirib29 / 04 / 2024, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub29 / 04 / 2024, 14:19
Bütün xəbərlər