ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTO

Qafar Ağayev09:23 - 16 / 04 / 2024
ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTO

Saat 00:28 radələrində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən 1news.az-a bildirilib ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə

Paylaş:
93

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər