BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

Qafar Ağayev14:15 - 17 / 04 / 2024
BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.

1news.az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim İsgəndər Quliyevin tədqiqat sahəsi Asiya dövlətlərinin diplomatiyası və xarici siyasəti olub.

“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Paylaş:
229

Son xəbərlər

Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:25ADNA terrorundan 15 il ötür - FOTOBu gün, 09:16Laçına daha 21 ailə yola düşüb - FOTOBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:02Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb29 / 04 / 2024, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub29 / 04 / 2024, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olub29 / 04 / 2024, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı29 / 04 / 2024, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO29 / 04 / 2024, 15:50
Bütün xəbərlər