ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi! | 1news.az | Xəbərlər
Cəmiyyət

ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!

17:19 - 17 / 04 / 2024
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!

ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” başlanıb. Aprelin 25-ə qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli də çıxış edib. O, ABB-nin transformasiya təcrübəsini tələbələrlə bölüşüb. Tələbələrin fərdi inkişaf üçün bu təcrübədən öyrənə biləcəkləri əsas məqamları onlarla bölüşüb. Xüsusilə dəyişiklik hekayəsi formalaşdırmağın, bu hekayəyə uyğun faydalı vərdişlər yaradaraq onlara gündəlik əməl etməyin, lazımi bacarıqlara yiyələnməyin və rol model müəyyənləşdirməyin önəmini diqqətə çatdırıb.

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
99

Son xəbərlər

Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31
Bütün xəbərlər