Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

16:20 - 08 / 05 / 2024
Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın Rəngləri” adlı yeni layihə həyata keçirir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltəraş tərəfindən Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri - 19 rəsm və 4 heykəl yaradılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri” layihəsi ilə bağlı daha geniş məlumat almaq üçün Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə həmsöhbət olduq.

- Rəhman müəllim, “Qarabağın Rəngləri” layihəsinin yaradılmasına ilham verən amil nə oldu?

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük diqqət və qayğı göstərilir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə də mədəniyyət və tarixi abidələrimizin bərpası dövlət başçısının və birinci xanımın diqqət mərkəzindədir.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrimizin bərpası, eləcə də mədəni irsimizin təbliğ olunması Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bütün bunları nəzərə alaraq, eləcə də Qarabağın əzmkarlıq ruhunun və zəngin mədəni irsinin incəsənət vasitəsilə tərənnüm edilməsi arzusundan ilhamlanaraq “Qarabağın Rəngləri” layihəsini həyata keçirməklə Qarabağın bərpasına töhfə vermək istədik.

Layihənin məqsədi istedadlı gənc rəssam və heykəltəraşların əsərləri vasitəsilə regionun ənənəvi peyzajlarını, tarixi hekayələrini və mədəni irsini göstərməkdir ki, bu da regionun təbliğ olunması və bərpası prosesinə öz töhfəsini verir.

Bu incəsənət təşəbbüsü Qarabağın keçmişi, bu günü və ümid dolu gələcəyinin hekayəsini ifadə etmək üçün bir vasitə olaraq təqdim edilir və bu da Azərbaycan mədəniyyətində Qarabağın rolunun daha dərindən anlaşılmasına xidmət edir.

- Bəs layihə Qarabağın fiziki olaraq canlanmasına da töhfə verirmi?

- Bəli, bu layihənin bir sıra vacib və təsirli cəhətləri var. Belə ki, sənət əsərləri hazırda satışa çıxarılıb. Əsərləri əldə etmək üçün isə birbaşa Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.

Layihənin rəsmi saytında bütün işlər barədə ətraflı məlumatlar, onların dəyəri, eyni zamanda özündə bütün məlumatları ehtiva edən xüsusi Əsərlər Kataloqu və Qiymət Cədvəli ilə tanış olmaq mümkündür.

Layihənin rəsmi saytına keçid: https://colorsofkarabakh.com/az/

Qeyd edim ki, əsərlərin satışından əldə edilən gəlir Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bərpa edilən Ağdamdakı tarixi “İmarət” kompleksi abidəsinə yönəldiləcək.

Bu abidə hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi əsasında Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə rekonstruksiya olunur.

Beləliklə, layihə həqiqətən də regionun fiziki olaraq yenidən qurulmasına dəstək olur və Qarabağ irsinin işğaldan zərər çəkmiş mühüm hissəsinin bərpasına kömək edir.

Eyni zamanda insanları sənət əsərləri almağa təşviq etməklə cəmiyyətdə xeyriyyəçilik və ianə mədəniyyətinin inkişaf etdirilməsinə də töhfə verilir.

- Bu günə qədər əsərlərin neçəsi artıq satılıb?

- Layihə çərçivəsində hazırlanan 16 əsər artıq satışda deyil. Bu əsərlər Qarabağ Dirçəliş Fonduna ümumilikdə 75.400 AZN ianə edilərək əldə edilib. Əsərləri əldə edənlər arasında tanınmış sahibkarlar, iri şirkətlərin rəhbərləri və rəsmi şəxslər var.

Onların hər birinə Qarabağ Dirçəliş Fondu adından dərin minnətdarlığımızı bildirirəm. Yaxın gələcəkdə xüsusi xeyriyyə qala gecəsi çərçivəsində bu əsərləri bizi dəstəkləyən donorlarımıza təqdim etməyi planlaşdırırıq.

Fürsətdən istifadə edərək, bu layihəni dəstəkləmək istəyən hər kəsi https://colorsofkarabakh.com/az/ saytında hələ də satışda olan əsərləri nəzərdən keçirməyə dəvət edirəm. Fikrimcə, bu əsərlər nəinki onu əldə edən şəxsin özünü, həm də gözəl hədiyyə kimi yaxınlarını da sevindirə bilər.

- Layihədə iştirak edəcək gənc rəssam və heykəltəraşları, eləcə də onların əsərlərini necə müəyyənləşdirdiniz?

- İlk növbədə qeyd edim ki, layihə öz istedadlarını və bacarıqlarını göstərmək istəyən tələbələr tərəfindən böyük maraqla qarşılandı. Buna görə də “Qarabağın Rəngləri” layihəsi üzrə tələbələrin seçimi çox mərhələli proses üzrə aparıldı.

Belə ki, ilkin mərhələdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün müsabiqə elan olundu və müsabiqəyə 250-dən çox eskiz təqdim edildi.

Bu layihələr görkəmli rəssamlardan ibarət münsiflər heyəti tərəfindən nəzərdən keçirildi və sonda 23 ədəd əsər seçildi. Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov kimi tanınan ustadlar münsiflər heyətində təmsil olunaraq sadəcə layihə iştirakçıları və əsərləri seçmədilər, onların dəstəyi və mentorluğu ilə dəyərli sənət əsərləri yaradıldı.

Seçilmiş eskizlərin müəllifləri Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə xüsusi təqaüdlərə layiq görülməklə yanaşı, ərsəyə gətiriləcək hər bir əsərin Qarabağın mədəni və tarixi irsini daha dolğun ifadə etməsi üçün bütün lazımi ləvazimatlarla təmin edildilər.

Xüsusən qeyd etmək lazımdır ki, layihə gənc rəssam və heykəltəraşları və ümumilikdə yeni nəsli Qarabağın zəngin mədəni irsini araşdırmağa və bunu öz yaradıcılığında əks etdirməyə təşviq edir.

- Bu layihənin ictimaiyyət arasında necə bir təsir yaradacağına ümid edirsiniz?

- Bu layihə yerli səviyyədə milli qüruru və mədəni şüuru gücləndirmək, cəmiyyətdəki birlik hissini inkişaf etdirmək məqsədi daşıyır. Beynəlxalq səviyyədə isə Qarabağın mədəni irsinin daha yaxşı tanıdılması, beynəlxalq ictimaiyyət tərəfindən tarixi həqiqətlərə doğru münasibətin formalaşdırılması məqsədi daşıyır.

Buna görə də layihənin rəsmi veb saytı yaradılıb (www.colorsofkarabakh.com) və artıq Azərbaycan dilində istifadəyə verilib. Yaxın günlərdə saytın ingilis dilində hazırlanan versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

Növbəti addım kimi sənət əsərlərinin təqdimatına həsr olunan xüsusi xeyriyyə qala gecəsinin təşkili, daha sonra ölkə daxilindəki və ölkə xaricindəki sənət qalereyalarında əsərlərin nümayişi planlaşdırılır.

Bu layihənin reallaşmasında böyük pay sahibi olan gənc rəssam və heykəltəraşlar, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası başda olmaqla bütün tərəfdaşlara, eləcə də sənət əsərlərini almaqla Qarabağın dirçəlişinə dəstək verən donorlarımıza ürəkdən təşəkkür edirəm.

Bundan əlavə belə gözəl layihənin növbəti mərhələsinin hazırlıqlarına başladığımızın da anonsunu vermək istərdim. Beləliklə, yaxın gələcəkdə bizi bu gözəl layihənin davamı gözləyir.

Paylaş:
137

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər