Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Qafar Ağayev16:51 - 08 / 05 / 2024
Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

“Uğurlu xarici siyasət, ölkəmizin dinamik inkişafı, regional və qlobal əməkdaşlığa davamlı töhfələr verməsi Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“O cümlədən respublikamızla Avropa İttifaqı məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır”.

Deputat bildirib ki, Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qurumun region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür.

Millət vəkilinin sözlərinə görə, Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər və imzalanan sənədlər daha bir Avropa ölkəsi ilə əlaqələrimizin inkişafının göstəricisidir.

"Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və bizim müştərək yolumuz çox uğurlu olacaq. Səfər zamanı ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə çox mühüm siyasi sənəddir və qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldıracaq. Bu sənəd Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini də müəyyən edir. İmzalanan sazişlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu da gələcək münasibətlərdə vacib amil kimi dəyərləndirilə bilər".

Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələ də Slovakiya Baş nazirinin ölkəmizə səfəri zamanı diqqət mərkəzində oldu. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ölkəmizin hədəfində 2027-ci ilin sonuna qədər Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi də dayanır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya ola bilər. Dövlət başçısının dediyi kimi, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.

Sevinc Fətəliyeva qeyd edib ki, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işinə qoşulması dost münasibətdir. Belə ki, Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunacaq. Bu fakt həm böyük rəmzi məna daşıyır, həm də qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafının göstəricisidir.

Paylaş:
114

Son xəbərlər

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB19 / 05 / 2024, 20:59“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir19 / 05 / 2024, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTO19 / 05 / 2024, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43
Bütün xəbərlər