Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq

13:30 - 18 / 04 / 2019
Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi anılacaq

Aprelin 20-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli  bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 85 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum bəstəkarın yaradıcılıq yolu barədə çıxış edəcək. 

Qeyd edək ki, ilk dəfə 29 may 2010-cu ildə göstərilən və teatrın repertuarında özünəməxsus yeri olan bu səhnə əsəri  artıq 53-cü dəfə nümayiş olunacaq.

Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər – Novruz Qartal, Almaz Ələsgərli, aktyorlar – Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev, Eleanora Mehdiyeva və Nigar Qarayeva ifa edəcəklər.

1news.az

Paylaş:
437

Son xəbərlər

İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58
Bütün xəbərlər