AMEA-da akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib – FOTO

16:27 - 17 / 12 / 2018
AMEA-da akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib – FOTO

Bu ilin iyun ayında Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin anadan olmasının 90 ili tamam olub.

1news.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dekabrın 17-də AMEA-da alimin yubileyinə həsr olunan “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” IX beynəlxalq konfrans və “Akademik Cəlal Əliyev qiraətləri” adlı tədbir işinə başlayıb.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri Xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açıb. Qeyd edib ki, akademik ölkədə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında,  xüsusilə Azərbaycanın elm tarixində ilk dəfə kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərini əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub,  onun rəhbər¬liyi ilə yeni fundamental elmi tədqiqat işləri təşkil edilib. Natiq akademik Cəlal Əliyevin ölkəmizdə elmin inkişafında böyük izlər qoyduğunu, akademiyanın elmi əlaqələrinin inkişafında mühüm rolu olduğunu deyib.

Sonra çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, akademik Cəlal Əliyev öz fundamental araşdırmaları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verib. Qeyd edib ki, bu əlaqələr artıq ciddi əməkdaşlıq müstəvisinə keçib. Nazir çıxışında sentyabr ayında akademiya ilə nazirlik arasında imzalanan sazişə də toxunub: “Bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həllini nəzərdə tutur. İmzalanan sənəd yüksək peşəkarlığa malik kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradır. Belə  tədbirlərdən biri də akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş hazırkı beynəlxalq konfransdır”.

Daha sonra AMEA Biologiya və Tibb Elmləri  Bölməsinin akademik-katibi, akademik  Əhliman Əmiraslanov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, onun elmi fəaliyyəti əsasən ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib, alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortları yaradılıb.

Akademik Ə.Əmiraslanov ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr etmiş, yüzə yaxın elmi kadr hazırlamış alimin 600-dən çox elmi əsərin müəllifi olduğunu deyib.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru,  akademik  İradə Hüseynova akademik Cəlal Əliyevin həyatı və elmi fəaliyyəti haqqında danışıb. Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirən İradə Hüseynova  müəlliminin Azərbaycan elmindəki misilsiz xidmətlərindən, müsbət insani keyfiyyətlərindən söz açıb. Bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolu olduğunu deyib. Qeyd edib ki, alimin yaratdığı dünya səviyyəli müasir elmi məktəbin yetirmələri bu gün də Azərbaycanda və dünyanın ən nüfuzlu elmi mərkəzlərində tədqiqatlar aparır. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.

Tədbirdə Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray

“Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə edib. Professor məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs edib.

Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafat Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Renə təqdim edilib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Teymur Bünyadov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Milli Məclisin deputatı Eldar İbrahimov və başqaları görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Əməkdar Memar Rasim Əliyev ailə üzvləri adından çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, yığıncağın təşkilinə görə AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda akdemik Cəlal Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

S.Xankişiyeva

 

 

Paylaş:
687

Son xəbərlər

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15
Bütün xəbərlər