“Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri”nin təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri”nin təqdimatı olub – FOTO

10:55 - 23 / 05 / 2019
“Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri”nin təqdimatı olub – FOTO

BMT-nin Əhali Fondunun Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi “Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqatın təqdimat mərasimi olub.

1news.az xəbər verir ki, tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıq (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb.

Komitə sədri Hicran Hüseynova deyib ki, bu gün dünyada vacib problemlərdən biri qadınlara qarşı zorakılıq hallarının baş verməsidir ki, bir sıra ölkələrin hökumətləri bununla bağlı araşdırmalar aparır:

"Biz də belə bir tədqiqat hazırladıq. Qadınlara qarşı zorakılıq bütün səviyyələrdə böyük iqtisadi xərclər doğurur, qadınların məşğulluğunun aşağı düşməsi ilə nəticələnir".

Komitə sədri vurğulaylb ki,  Azərbaycan cəmiyyətində qadına hər zaman hörmət olub,  zorakılıq halları isı mənfi qarşılanıb:

"Ölkəmizin Prezidenti və birinci vitse-prezidenti bu məsələləri hər zaman diqqətdə saxlayıb. Qadınların cəmiyyətdə aktiv iştirakı ilə bağlı  bir sıra layihələr  həyata keçirilir, maarifləndirmə kampaniyaları aparılır".

H.Hüseynova əlavə edib ki, erkən nikahlar, qız qaçırma halları bəzən zorakılıq halları kimi qəbul edilmir. Biz bu münasibətin dəyişməsi üçün mübarizə aparmalıyıq.  Bu təqdiqat ilk təşəbbüsdür və düşünürük ki, araşdırma ilk növbədə zorakılığın cəmiyyətə vurduğu ziyanları ortaya çıxarıb,  dövlət siyasətinin güclənməsinə səbəb ola bilər.

"Zorakılıq halları çox mənfi nəticələr doğurur. Qadın aldığı xəsarət nəticəsində iş qabiliyyətini itirə, yaxud xəstəlik tapa bilər ki, bu da tibbi xərclərin artması deməkdir, həmçinin iqtisadi xərclərə təsir edir. Eyni zamanda bu ailələrin dağılmasına səbəb olur,  uşaqların psixologiyasına,  təhsilinə mənfi  təsir edir. Qadınlara qarşı zorakılığın insan hüquqlarının tam həyata keçirilməsinə əsas maneə olduğu bütün dünyada etiraf olunur.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai ölkələrin gender əsaslı zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini bildirib.

“Təqdirəlayiqdir ki, Azərbaycan 2010-cu ildə məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edərək qadınlara qarşı zorakılığın dövlətin müdaxiləsini zəruri edən insan hüquqlarının pozuntusu olması ismarıcını verdi. Bu gün Azərbaycan hökumətinin sözügedən qanun qəbul olunduqdan sonra əldə etdiyi irəliləyişləri şərh etməkdən məmnunam. Ədalətin təmin edilməsi və zərərçəkmiş şəxslərin qorunması və onların dəstək xidmətləri ilə təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər edilmişdi. Buna baxmayaraq, çətinliklər hələ də mövcuddur.

2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, cinsi partnyoru olmuş bütün qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalırlar. 2016-cı ildə “Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat” göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir və kişilərin 32.5%-i zorakılıq törətməsi, qadınların isə 32.1%ı zorakılığa məruz qalma halları haqqında məlumat verir.

İlk baxışda bu rəqəmlər zorakılığın dinamikasında olan dəyişikliyə dəlalət etsə də, unutmamalıyıq ki, bu rəqəmlərin nisbi artımı həm də hökumətin BMT ilə əməkdaşlıq tədbirləri də daxil olmaqla əhali arasında bu fenomenin aradan qaldırılması istiqamətində apardığı maarifləndirmə tədbirləri nəticəsində zorakılıq hallarına dair məlumat vermə səviyyəsinin artmasının nəticəsi ola bilər”.

Öz növbəsində BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxışında qadınlara qarşı zorakılığın qarşısı alına biləcək fenomen olduğunu vurğuladı. “Zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilərsə, bu həm Azərbaycan hökumətinin, həm də Azərbaycan əhalisinin böyük uğuru və nailiyyəti olar,”- deyə Babayev qeyd edib.

Qadınlara qarşı zorakılıq halları ailədə, qadınların təhlükəsiz ailə mühiti ilə təmin olunduğu yerdə baş verəndə daha təhlükəli olur. Bu mövzu yalnız hüquqi müstəvidə həll olunmalı deyil. Zorakılığın ciddi iqtisadi nəticələri var. Əksər hallarda bu xidmətlərə sərf olunan vəsait haqqında düşünmürük. Bir qətli bir ailənin faciəsi kimi qəbul edirik, lakin zorakılıqdan zərər çəkmiş şəxsin tutulmuş mənzil, mənzil axtarışında ödəmələr zorakılığın səbəb olduğu iqtisadi fəsadlar sırasındadır. Dünya təcrübəsi də göstərir ki, zorakılıq halları qarşısı alınan fenomendir.

Hesabatın müəllifi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko tədqiqatın metodologiyasının qadınlara qarşı zorakılığın səbəb olduğu xərclərin simulyasiya modeli vasitəsilə hesablanmasına şərait yaratdığını bildirib. Təqdimat zamanı xanım Qerasimenko diqqətə çatdırıb ki, tədqiqat 2017-ci ildə qadınlara qarşı zorakılıqla əlaqəli cinayətlər və dövlət qurumları tərəfindən zərərçəkənlərə göstərilmiş sosial xidmətlər barədə inzibati məlumatlara əsaslanır.

“Simulyasiyanın nəticələrinə əsasən, 2017-ci ildə zorakılığa məruz qalma ehtimalı olan qadınların sayı 211800 nəfər təşkil edə bilərdi. Qadınlara qarşı zorakılığın latentlik səviyyəsini nəzərə almaqla, 2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon ABŞ dollarına (ölkənin ÜDM-nin 1.8%-i) çata bilər. Bu təqribi xərclər rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələrinin iqtisadi ekvivalentindən (2.8 milyon USD) 200 dəfə daha çoxdur, çünki bu xərclər rəsmi statistikadan kənarda qalan zorakılıq hallarını da təqribi əks etdirir”- deyə, xanım Qerasimenko açıqlayıb.

Nəticələrə əsasən, 2017-ci ildə qadınlara qarşı zorakılığa cavab olaraq göstərilən xidmətlərin ümumi dəyəri 11.8 milyon ABŞ dollarına qədər ola bilərdi. Tədqiqat çərçivəsində edilmiş hesablama nəticələrinə əsasən, qadınlara qarşı zorakılıqdan zərərçəkənlərə göstərilmiş tibbi xidmətlərin dəyəri 9.8 milyon ABŞ dollarına çata bilərdi (hadisədən sonrakı profilaktik xidmətlərin və dərman vasitələrinin cari qiymətləri əsasında, qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələri üçün bu göstərici 123 min ABŞ dolları olaraq hesablanıb). Hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə orderlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsait sərf olunduğu ehtimal edilib.

Qeyd edək ki, hesabatda zərərçəkənlərin aldıqları xəsarətlər və yardım üçün müraciət etmə təcrübələrini anlamaq məqsədilə, qadın əhali arasında zorakılığın yayılma səviyyələrini müəyyən etmək üçün 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılmış milli sorğunun əsas nəticələrindən də istifadə olunub. Əlavə məlumatlar toplamaq üçün yerli səhiyyə işçiləri və sosial işçilər, polis əməkdaşları və hakimlər, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və QHT-lərin nümayəndələri ilə fokus qrup müzakirələri aparılıb.

Yerli ekspertlər və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən dövlət qurumlarının nümayəndələri ilə geniş müsahibələr vasitəsilə tədqiqatın strukturu və yanaşmaları müəyyən edilib. Bundan əlavə, zorakılığa məruz qalmış qadınların şəxsən sərf etdiyi xərclər və zorakılığın nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirlər barədə məlumatlar toplamaq üçün zorakılığa məruz qalmış və yardım üçün müraciət etmiş 197 qadın arasında ünvanlı sorğu keçirilib.

Millət vəkili Aqiyə Naxçıvanlı deyib ki, məişət zorakılığına qarşı mübarizə müstəvisində qanunvericilik mükəmməldir.

“Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub və ən mükəmməl qanunlar qəbul edilib. Eyni zamanda, qadın hüquqlarının inkişafı sahəsində xeyli işlər görülüb. İstanbul konvensiyasına qoşulmaq lazımdır. Bu konvensiya sözün əsl mənasında islahatlar məcmuəsidir.

Bun sənədə imza atmaqla Azərbaycanın bir çox efektli nəticələr əldə edəcəyinə ümid edən millət vəkili əlavə edib ki, 2017-ci ildə qadın zorakılığı əsasında aparılan statistika var ki, xarici mənbələrin araşdırması dövlət mənbələrinin verdiyi rəqəmlərlə üst-üstə düşür.

A.Naxçıvanlı qadınlara qarşı zorakılıq sahəsində bir çox problemlərin qaldığını da vurğulayıb. Deyib ki, qadın sığınacaqlarının sayı, çəkilən xərclər və sair barədə dəqiq rəqəm və məlumatlar verilməlidir.

Millət vəkili zorakılığa məruz qalmış qadınlar üçün “Qaynar xətt”in yaradılmasının vacib olduğunu da diqqətə çatdırıb: “Buna vəsaitin ayrılması üçün parlamentdə məsələ qaldırmışam. Hesab edirəm ki, zorakılıq problemlərinin aradan qaldırılması üçün effektiv nəticə verəcək”. 

A.Naxçıvanlıya cavab olaraq H.Hüseynova deyib ki, dövlət başçısının göstərişinə əsasən artıq Azərbaycanın İstanbul konvensiyasına qoşulması istiqamətində iş gedir.

P.Sultanova

Paylaş:
1341

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər