Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

10:27 - 15 / 10 / 2018
Bakı Ali Neft Məktəbi Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini və səfirin müavini Alberto Aura Qonzales ilə görüşüb. Görüşün əsas məqsədi BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək olub.

1news.az-a BANM-dan verilən məlumata görə, rektor Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. BANM-ın son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən rektor qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar. BANM-da tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.

Səfir Rodrigo Labardini yenidən BANM-da görüşə və qonaqpərvərliyə  görə rektora təşəkkür edib. O bildirib ki, BANM-ın nailiyyətləri və məzunları onların diqqət mərkəzindədir. Bu səbəbdən cənab səfir Meksikada böyük ictimai araşdırma mərkəzi və neft-qaz sektorunun ən böyük xidmət provayderi olan Meksika Neft İnstitutunun BANM ilə əməkdaşlıqda maraqlı olduğunun bildirib.

Görüşdə həmçinin, Meksika Neft İnstitutu ilə BANM arasında tələbə mübadiləsinin detalları müzakirə edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq həmçinin Meksika Neft Universitetinin zəngin digital kitabxanasından istifadə üçün  BANM-ın tələbələrinə imkan yaradacaq.

1news.az

 

 

Paylaş:
300

Son xəbərlər

Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42
Bütün xəbərlər