“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTO

12:00 - 20 / 04 / 2024
“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTO

Aprelin 18-də “Atəşgah Məbədi” iştirak etdiyimiz ənənəvi ədəbi-musiqili tədbirlər formatından xeyli fərqli, amma unudulmaz bir söz axşamına evsahibliyi etdi.

“Həmin gün...” adlı gecə müasir poeziyamızın tanınan isimlərindən olan şair-publisist, “Söz” Ədəbi Dərnəyinin rəhbəri Nigar Həsənzadənin şeir yaradıcılığına həsr olunmuşdu. Poeziya gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla Əliyeva da iştirak edirdi. Ədəbi gecəyə, həmçinin tanınmış şairlər, yazıçılar, bəstəkarlar, aktyorlar, ictimai xadimlər də qatılmışdılar.

Qonaqları salamlayan Nigar Həsənzadə öncə öz şeir çələngindən ibarət təsirli nümunələr səsləndirərək maraqlı açılış etdi. Sonra Əməkdar artistlər Firdövsi Atakişiyev və Gülzar Qurbanova Leyla Əliyevanın, eyni zamanda, Nigar Həsənzadənin şeirlərini söylədilər. Mübaliğəsiz onu qeyd edək ki, hər iki müəllifin şeirləri bədii-estetik cəhətdən olduqca nizamlı, həmçinin insanı düşünməyə vadar edən, həm də ürəkoxşayan nəzm nümunələridir. Şeirlərdə müəlliflərin yüksək insani duyğuları, həyata, sevdiklərinə ülvi münasibətləri dinləyicilərin rahat qavrayacağı şəkildə ifadə olunub, desək yanılmarıq. Leyla Əliyevanın şeirlərini doğma dilimizə Adil Cəmil, Nigar Həsənzadənin şeirlərini isə Salam Sarvan tərcümə etmişdir.

Qiraətçilərin ardınca “Sənət” uşaq musiqili incəsənət qrupu ümummilli liderimiz Heydər Əliyevin sevdiyi və öz ifasında eşitdiyimiz məşhur “Küçələrə su səpmişəm” xalq mahnısının müşayiəti ilə səhnəyə daxil oldu. Onlar həzin milli rəqs nümayiş etdirərək gecəni bir az da canlandırdılar. Sonra səhnəyə Murad Sadıx təşrif buyurdu. Məhdud fiziki imkanları olsa da, böyük ürəyə və təkrarolunmaz səsə sahib olan estrada müğənnisi öz məlahətli səsi ilə hər kəsi heyran qoymağı bu dəfə də bacardı. Ədəbi-musiqili gecənin ən maraqlı anlarından biri isə Leyla Əliyevanın özünəməxsus çıxışı idi. Onun şeirlərini adətən bədii qiraətçilərin təqdimatında eşitmişdik. Bu dəfə isə öz şeirini öz ifasında dinləmək qonaqları təsirləndirdi.

Beləliklə, böyük şəhərimizin ən qədim məkanlarından birində keçirilən poeziya gecəsində tam fərqli abu-hava yaşandı. ”Həmin gün...”, əslində, ədəbiyyat, mədəniyyat və mənəviyyat üçlüyünün gözəl vəhdəti kimi yadda qaldı.

Anar TURAN

Paylaş:
334

Son xəbərlər

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17
Bütün xəbərlər