Bakı Ali Neft Məktəbində Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib

11:38 - 14 / 12 / 2017
Bakı Ali Neft Məktəbində Vüqar Rəhimzadənin 50 illik yubileyi keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və digər kollektiv üzvləri iştirak ediblər.

Tədbiri öz çıxışı ilə açan BANM-in rektoru Elmar Qasımov Vüqar Rəhimzadəni tədbir iştirakçılarına daha yaxından tanıdıb, onu Azərbaycan xalqının ən sadiq jurnalisti adlandırıb. Rektor dövlətçiliyin möhkəmləndirilməsinə, milli müstəqilliyimizin qorunub saxlanılmasına, xalqımıza sədaqətə, demokratik dəyərlərə, vətəndaş cəmiyyətinin inkişafına, milli ruhun oyanmasına, söz və fikir azadlığının təmin olunmasına yönəlmiş uğurlu fəaliyyətinin Vüqar Rəhimzadəyə ölkə ictimaiyyəti və kütləvi informasiya vasitələri işçiləri arasında böyük nüfuz qazandırdığını söyləyib.

Elmar Qasımov məhz həmin xidmətlərinə görə Azərbaycan hökuməti və SOCAR-ın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək Vüqar Rəhimzadənin  “Əməkdar jurnalist” fəxri adına, “Vətənə xidmətə görə” ordeninə və  SOCAR-ın  Fəxri  fərmanına  layiq  görüldüyünü vurğulayıb.

Rektor həmçinin “İki sahil” qəzetinin Ali Məktəbin ən yaxın tərəfdaşı olduğunu, Ali Məktəbin ilk yarandığı gündən onu dəstəkləyərək ictimaiyyətə tanıtmaqda böyük yardım etdiyini bildirib.

Tədbirdə Elmar Qasımov Ali Məktəbin kollektivi adından Vüqar Rəhimzadəyə onun uğurlu fəaliyyətindən bəhs edən Ünvannaməni və Ali Məktəbin fəaliyyətinin ölkə ictimaiyyəti arasında təbliğinə verdiyi dəyərli töhfələrə görə Təşəkkürnamə plaketi təqdim edib.

Tədbirin sonunda  Vüqar Rəhimzadə Ali Məktəbin rəhbərliyinə və bütün kollektivinə ona olan diqqət və hörmətə görə təşəkkür edib. Ali Məktəbin hər zaman onun üçün doğma olduğunu bildirən əməkdar jurnalist BANM-ı Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı adlandırıb.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər