Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər – VİDEO

10:45 - 16 / 07 / 2018
Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər – VİDEO

Bakıda iki avtobus sürücüsü qaydaları kobud şəkildə pozub. Sürücülər içində sərnişinlər olan avtobusu saatda 120 km sürətlə idarə edib.

1news.az-ın “Xəzər Xəbər”-ə istinadən verdiyi xəbərə görə, sərnişinlər bu prosesin artıq adi hala çevrildiyinin deyirlər. Məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib.

Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir.

Saatda 120 ilə gedən avtomobil qarşıdakı sərnişin avtobusuna çata bilmir.Görüntülər Aeroport yolunda lentə alınıb.

Videonu çəkib “Xəzər Xəbər”in vatsap nömrəsinə göndərən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 və 171 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür.

Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də bir müddət hərəkəti sol zolaqda davam etdirillər.

Sərnişinlər deyir ki, sözügedən avtobuslarda sürət həddinin aşılması artıq adi hala çevrilib.

Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz.Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

Ekspertlər bununla bağlı xəbərdarlıq edir. Çünki belə sürücülər sərnişinlərin də həyatını təhlükəyə atır. Əgər avtobusun qarşısına qəfil hər hansı maneə çıxarsa belə bir vəziyyətdə ağır faciənin baş verməsi qaçınılmazdır.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki,sözügedən video ilə bağlı məlumat nəzarətə götürülüb və araşdırılır. Qurumdan onu da bildirdilər ki, videoda iddia edildiyi kimi sərnişin avtobusları yüksək sürətlə idarə edilməyib. Belə bir hal aşkarlananda agentlik tədbir görülməsi üçün zəruri addımlar atır.

1news.az

Paylaş:
662

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər