Bakıda ilk: sürücünün qayda pozuntusunu aşkarla, hədiyyə qazan – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk: sürücünün qayda pozuntusunu aşkarla, hədiyyə qazan – FOTO

15:17 - 12 / 11 / 2018
Bakıda ilk: sürücünün qayda pozuntusunu aşkarla, hədiyyə qazan – FOTO

Bakı şəhərindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkəti göstərdiyi xidmət səviyyəsinin yüksəldilməsi, sürücülərin fəaliyyətinə ictimai nəzarətin stimullaşdırılması, sosial şəbəkələr vasitəsilə sərnişinlərlə şirkət arasında qarşılıqlı dialoqun qurulması və ən əsası təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə yeni sosial layihəyə start verib.

1news.az-a Şirkətdən verilən xəbərə görə,aksiyanın keçirilməsində əsas məqsəd şirkətin istismarında olan və elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən marşrut xətləri üzrə (18, 52, 61, 65, 79, 85, 96, 135 və 199 ) sürücülərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar edən sərnişinlərin və digər hərəkəti iştirakçılarının mükafatlandırılmasıdır.

Belə ki, siyahıda qeyd olunan marşrut xətlərində qayda pozuntusu (dayanacaqdan kənar saxlama, sürət həddi, sükan arxasında siqaret və mobil telefondan istifadə, sərnişinlərlə kobud davranış, dayanacaqda saxlamama və.s.) aşkar edən hər bir sərnişin və ya digər vətəndaşlar bu barədə şirkətin rəsmi whatsapp nömrəsinə +99455 455 8500 eləcə də facebook (www.facebook.com/xaliq.faiqoglu2002/) və ya instagram səhifəsinə (www.instagram.com/xaliqfaiqoglu/) hadisənin yerini, vaxtını, avtobusun dövlət qeydiyyat nömrəsini qeyd etməklə göndərə bilər.

Daxil olan müraciətlərin düzgünlüyü “Xaliq Faiqoğlu” MMC-nin mərkəzi müşahidə şöbəsi tərəfindən kamera görüntüləri ilə yoxlanıb, təsdiq olunduğu təqdirdə həmin qayda pozuntusunu aşkar edən sərnişinə içərisində müəyyən məbləğdə gediş limiti olan “BakıKart” və ya “Safastore” supermarketdən alış-veriş kuponları (hədiyyə) təqdim olunacaqdır.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. 15 ildən artıqdır Bakıda sərnişindaşıma fəaliyyəti göstərən MMC xidmətini müasir standartlar çərçivəsində həyata keçirir.

S.Xankişiyeva

 

Paylaş:
712

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16
Bütün xəbərlər