Çempionluğun məqsədi! United Sport MFL 2018/19-un favoritləri nə üçün “Rulewave Baku”dan çəkinir? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Çempionluğun məqsədi! United Sport MFL 2018/19-un favoritləri nə üçün “Rulewave Baku”dan çəkinir? – FOTO – VİDEO

12:41 - 25 / 02 / 2019
Çempionluğun məqsədi! United Sport MFL 2018/19-un favoritləri nə üçün “Rulewave Baku”dan çəkinir? – FOTO – VİDEO

Azərbaycanda ən iri həvəskarlar liqası MFL-də yarandığı üç il ərzində çox maraqlı ənənə formalaşıb.

Belə ki, ilk turlarda MFL-də əsasən məhəllə komandaları iştirak edirdisə, indi isə Azərbaycanda ən iri həvəskarlar liqasında ölkənin aparıcı şirkətlərinin komandaları təmsil olunur. MFL milli və beynəlxalq şirkətlərin rəqabət meydanına çevrilib.

Digər maraqlı məqam, GSP Logistics və IKAU – nəqliyyat-yükdşıma şirkəti iki mövsümün çempionu olub.

United Sport MFL 2018/19-un yeni mövsümü ən coşğun dövrünü yaşayır. 19-cu turun oyunları keçirilir. Yaxın zamanlarda pley-off mərhələsinin iştirakçıları bəlli olacaq. Hər iki konferensiyada 13-14 komanda ilk səkkizlik üçün gərgin mübarizə aparır.

Elə komandalar var ki, onlar neçə mövsümdür ki, MFL-də favortlər siyahısındadırlar, elələri də var ki, yalnız bu mövsüm öz güclərini göstərə bilib.

Belə komandalardan biri də “Rulewave Baku”dur. Komanda Platinum Konferensiyasının birmənalı lideridir və ən yaxın rəqibindən 6 xal irəlidədir. 18 qələbə və yalnız bir məğlubiyyət çox yaxşı nəticədir. Həmçinin “Rulewave Baku” United Sport MFL 2018/19-un ən məhsuldar komandasıdır. Komandanın hesabında 94 qol var. Platinum Konferensiyasının digər komandalarının ortalama hesabında 60 top var. Həmçinin komanda yalnız 14 top buraxıb.

“Rulewave Baku” – hava, dəniz və yol vasitəsilə yük daşıyan qlobal yükdaşıma şirkətidir. Qeyd etmək lazımdır ki, komanda qarşısına ən yüksək nəticələrə nail olmaq məqasədini qoyub. Komadanın baş məşqçisi Azərbaycanın futzal üzrə yığmasınn uzun illər kapitanı olmuş Rizvan Fərzəliyevdir. Komandada hər bir kəs bu mövsüm qalib gələcəyinə əmindir.

“Çempionluqdan başqa məqsəd düşünmürük. Buna görə də güclü və nizam-intizamlı komanda qurmuşuq”, - “Rulewave Azerbaijan” şirkətinin rəhbəri Famil Ələsgərov bildirib.

Şirkət rəhbəri qeyd edib ki, komandanın məqsədi bütün ambisiyalara cavab verir:

“Şirkətin əsas fəaliyyət istiqaməti beynəlxalq yükdaşımadır. Əsasən iri layihə və tenderlərdə iştirak edirik. Komadada yüksək əhval-ruhiyyə görürəm. Meydana çıxan hər bir komanda qələbə düşünərək çempionluq üçün mübarizə aparır. Biz də öz növbəmizdə onlara hərtərəfli dəstək göstəririk”.

Komanda rəhbərliyinin futbola olan sevgisi “Rulewave Baku”nun MFL-də oynamasına gətirib çıxardı. Şirkət rəhbəri Kriştianu Ronaldonun imzası olan butsları ilə öyünür:

“Bu butslar – futbol kolleksiyamın bir hissəsidir. Onlar Kriştianuya məxsusdur və üzərində onun imzası var. Otağıma gələn hər bir kəs bunu məndən soruşur. Sizə bir sirr verim, bu butsları dostum şəxsən Ronaldoya imzalatdırıb”.

“Rulewave Baku”nun kapitanı Sərxan Məhərrəmov bildirib ki, rəqiblər digər komandalara nisbətən onlardan daha çox çəkinir:

“Hər iki konferensiyanın komandaları daha çox bizdən çəkinir. Bu, MFL-in başlıca favoritlərinə də aiddir. Digər komandalardan əsas üstünlüyümüz baş məşqçimizdir. Rizvan Fərzəliyev Azərbaycan futzalının əfsanəsidir və uzun illər milli yığmanın kapitanı olub. Onun komandaya gəlişi ilə ilk növbədə nizam-intizam formalaşıb. Ümumi səylərimizlə ideal komanda qurduq. Çempionatın ən məhsuldar komandasıyıq. Ən etibarlı müdafiə və güclü hücum komandamızdadır”.

Komandanın müdafiəçisi Müslüm Abbasov bildirib ki, müharibədə bütün vasitələr mübahdır:

“Rəqiblərimizi neytrallaşdırmalıyıq. Komandamız topla oynamağı sevir. Bəzən rəqibin hücumlarını dəf etmək üçün ayağa da vurmaq lazım olur. Ya sən rəqibini dəf etməlisən, ya da o, səni qabaqlayacaq. Futbol belədir.

Ötənilki Çempionlar Liqasını xatırlayın. Madiridin “Real” komandasında Məhəmməd Salahı necə neytrallaşdırdılar? Kobudluqda olsa, bu hərəkəti Serxio Ramos etdi.

Komada yalnız qələbəni düşünür. Lakin ilk növbədə komandanın qapılarını da qorumalısan”.

Tərcümə: S.Xankişiyeva

  

Paylaş:
1016

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər