Elmar Məmmədyarov Mnatsakanyanla görüşüb
Fransanın paytaxtı Parisdə xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş keçirilib.
1news.az xəbər verir ki, görüşdə hər üç ölkənin həmsədri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) iştirak edib.
Eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də danışıqlara qatılıb.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.
P.Sultanova
403