Heydər Əliyev Fondundan Heydər Camalın ailəsinə qarşı xeyirxah addım | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondundan Heydər Camalın ailəsinə qarşı xeyirxah addım

14:09 - 18 / 04 / 2019
Heydər Əliyev Fondundan Heydər Camalın ailəsinə qarşı xeyirxah addım

Heydər Əliyev Fondu Azərbaycan əsilli rusiyalı yazıçı-politoloq Heydər Camalın qızı Kausar Camalın və jurnalist Orxan Camalın oğlu Mansur Camalın bütün təhsil haqlarını öz üzərinə götürüb.

Bu barədə Trend-ə Heydər Camalın həyat yoldaşı Gülnar Camal məlumat verib.

Qeyd edək ki, son günlərdə müxtəlif saytlarda 2018-ci ildə Mərkəzi Afrika Respublikasında film çəkilişləri zamanı qətlə yetirilən tədqiqatçı-jurnalist Orxan Camalın oğlu Mansur Camalın bəzi iş adamları tərəfindən "himayəyə götürülməsi" barədə məlumatlar yayılıb. Bununla bağlı məsələyə aydınlıq gətirən Gülnar Camal bildirib ki, həyat yoldaşı Heydər Camalın ölümündən və Orxan Camalın qətlindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ailəyə başsağlıqlarını çatdırıb:

“2018-ci ildə Bakıda Mehriban xanım Əliyeva ilə görüşümüz oldu. Elə həmin görüşdə Mehriban xanım bizim ailəyə Heydər Əliyev Fondu tərəfindən istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Hazırda Heydər Əliyev Fondu Heydər Camalın qızı Kausar və Orxan Camalın oğlu Mansurun təhsilində bizə dəstək göstərir. Bu dəstəyə görə öz dərin minnətdarlığımızı bildiririk və hiss edirik ki, Azərbaycan bizim ikinci Vətənimizdir!”.

Heydər Əliyev Fondu göstərdiyi dəstək və yardımla bağlı məlumatların ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib və bununla yanaşı Gülnar Camalın verdiyi məlumatı təsdiqləyib. Qeyd olunub ki, Fond Heydər Camal və Orxan Camalın ailəsi ilə müntəzəm əlaqədədir və hər iki ziyalı azərbaycanlının övladları Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun himayəsinə götürülüb.

S.Xankişiyeva

 

Paylaş:
595

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər