Hikmət Hacıyev: Ermənistanın hərəkəti BMT Nizamnaməsinə və üzv dövlətlərə hörmətsizlikdir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistanın hərəkəti BMT Nizamnaməsinə və üzv dövlətlərə hörmətsizlikdir

16:02 - 13 / 07 / 2018
Hikmət Hacıyev: Ermənistanın hərəkəti BMT Nizamnaməsinə və üzv dövlətlərə hörmətsizlikdir

Ermənistan KİV-in Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyil.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu kimi ucuz vasitələrlə Ermənistanın yeni hakimiyyəti ilk növbədə daxili ictimaiyyəti aldatmağa çalışır:

“Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir. Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb”.

S.Xankişiyeva

 

 

Paylaş:
359

Son xəbərlər

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:38“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13
Bütün xəbərlər