İsrail Azərbaycana yeni səfir təyin edib
İsrail Azərbaycana yeni səfir təyin edib.
1news.az İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama verib.
Yeni səfir Corc Dik 2008-ci ildən İsrail XİN-də çalışmağa başlayıb. 2009-2012-ci illərərdə İsrailin Nigeriyada, 2012-2015-ci illərdə isə Norveçdəki səfirliklərində işləyib.
Qeyd olunub ki, C.Dik İsrailin tarixində ilk ərəb-xristian səfirdir.
O, bu vəzifədə həmkarı Dan Stavı əvəz edəcək.
P.Sultanova
351