Müdirini öldürən satıcı: “müştəri şikayət etdi...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdirini öldürən satıcı: “müştəri şikayət etdi...”

14:09 - 25 / 09 / 2018
Müdirini öldürən satıcı: “müştəri şikayət etdi...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib. 

İttihama münasibət bildirən V.Novruzov özünü qismən təqsirli bilib. O deyib ki, müdirini öldürmək niyyəti olmayıb, yalnız qorxutmaq istəyib: 

“Vüqar Quliyevlə qohumluq əlaqələrimiz var idi. İşlərimiz normal gedirdi, bir müddət idi ki, onun yanında satıcı işləyirdim. Ancaq son zamanlar işdə anlaşılmazlıqlar olurdu. Deyirdi ki, alver yoxdur, alver etməmisən. Mən də camaata məcbur gül satmalı deyildim ki? Bunu ona deyirdim, başa düşmürdü. 

Bir dəfə müştəri sifariş verdi, eyni zamanda başqa sifariş də gəldi. Mən digər müştərini əlimdə işim olduğum üçün təxirə saldım, müştəri də Vüqara şikayət etdi. Vüqar mənimlə axşam görüşəndə söyüş söydü. Dedi ki, sən işdə özünü yekəxana aparırsan. Bundan sonra mübahisə düşdü, o, yenə mənə nalayiq söz dedi, buna görə onu bıçaqladım”.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər dindirilib. 

Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib. 

Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

1news.az

Paylaş:
374

Son xəbərlər

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12
Bütün xəbərlər