Musa Qasımlı: Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var | 1news.az | Xəbərlər
Siyasət

Musa Qasımlı: Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var

16:53 - 26 / 04 / 2018
Musa Qasımlı: Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var

Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimizin dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir.

Biz eyni köklü xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz eynidir. Münasibətlərimizin təməlində bu amillər durur.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə etməsi Azərbaycan dövlətinin xarici siyasətində qardaş ölkənin tutduğu yeri göstərir. Bizimlə strateji tərəfdaş olan Türkiyə ilə əməkdaşlığın böyük perspektivləri var. Bu əməkdaşlıq diplomatik, siyasi, ticari, iqtisadi, elmi, texniki, mədəni, humanitar, hərbi və başqa sahələri əhatə edir. Səfər zamanı imzalanan sənədlər bir daha göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı var.

 “Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni bir səhifə açacaq. Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əhəmiyyət kəsb etmir, eyni zamanda, regionda və dünyada gedən bir çox proseslərə təsir göstərir. Bu gün Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə olmayıb. Azərbaycan-Türkiyə münasibətləri regionda qüvvələr nisbətinin dəyişməsinə, geosiyasi şəraitə ciddi təsir göstərir.

Bu gün məhz Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində böyük geosiyasi layihələr həyata keçirilib və bu layihələr Avrasiyanın simasını dəyişib. Biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini cızırıq. Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bütün bu işlərin görülməsi, xüsusən neft-qaz boru kəmərlərinin, nəqliyyat, kommunikasiya xətlərinin çəkilməsi Azərbaycanın və Türkiyənin liderlərinin əzmkarlığı nəticəsində mümkün olub. Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var. İki ölkə arasındakı münasibətlər regionda münaqişələrin davam etməsində, onların uzadılmasında maraqlı olan dövlətlərə bir cavabdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
480

Son xəbərlər

Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06
Bütün xəbərlər