Çoxdan, lakin bu yaxınlarda: Qəbələ RLS-nin hərbi şəhərciyindən reportaj – FOTO | 1news.az | Xəbərlər
Köşə

Çoxdan, lakin bu yaxınlarda: Qəbələ RLS-nin hərbi şəhərciyindən reportaj – FOTO

15:23 - 24 / 08 / 2016
Çoxdan, lakin bu yaxınlarda: Qəbələ RLS-nin hərbi şəhərciyindən reportaj – FOTO

Bu hadisə yaxınlarda baş vermişdi – 2012-ci ilin 10 dekabrında icarə qiyməti ilə bağlı tərəflərin razılığa gəlməməsi səbəbindən Rusiya Qəbələ Radio Lokasia Stansiyasının (RLS) istifadəsini dayandırmalı oldu.

Artıq 2013-cü ildə RLS Azərbaycana təhvil verildi, rusiyalı hərbçilər qarnizonu tərk etdilər, bütün avadanlıq isə sökülərək Rusiyaya aparıldı.

Qəbəblə RLS-də xidmət edən hərbçilərin yaşadığı hərbi şəhərcik də boşaldı.

Hal-hazırda bu ərazidə RLS-in tam gücündə işlədiyi dövrlə bağlı olan bir kəs belə, demək olar ki, qalmayıb. Ötən illərlə müqayisədə indi hərbi şəhərciyə giriş azaddır. Beton daşlarla döşənən yol hərbi şəhərcikdən hərbi texnikanın çıxdığı vaxtları xatırladır.

Hal-hazırda oraya 2 min rusiyalı hərbçi üçün ev olmuş 5-mərtəbələrdə yaşayan insanların şəxsi avtomobilləri gəlir.

Bunlar kimdir? Qəbəbləyə işləmək üçün gələn Azərbaycanın müxtəlif rayonların sakinləridir. Düzdür, yaşadıqları üçün mənzil pulu vermirlər, lakin Qəbələ rayonunda işlədikləri müddətdə yaşayırlar.

Şəhərcikdə olan mənzilləri alıb-satmaq mümkün deyil, çünki onlar, belı çıxır ki, xidmətidir.

Ola bilsin ki, məhz bu səbəbdən burada çoxlu sayda boş mənzil var. Evlər səliqəli, təmizdir, lakin tam təmirə ehtiyaclıdırlar – çoxlu sayda eyvan pis, təhlükəli vəziyyətdədir. Düzdür, eyvanlar fəal şəkildə sarı-qırmızı rənglərə boyanır və ola bilsin ki nə vaxtsa təmir olundular.

Bu məcrada mən ot basmış futbol meydançasında gəzirəm, pas atmış uşaq yelləncəklərinə və uşaq meydançasını digər rəhnlərinə baxıram. Əvvəllər diskoteka keçirilən yerə baxıram və şəhərciyin ərazisində yaşayan insanların həyatının nə qədər rahat olduğunu anlayıram.

Axı burada ailələr yaşayırdı. Və mən, Qəbələ RLS-də qulluq etmiş hərbçilərin uşaqlarının illər sonra buraya turist qismində gəldiyində uşaqlıqda gəzdikləri yerləri görmək onlara necə nostalji gətirəcəyini tam təsəvvür edə bilirəm. Və ola bilsin ki, ağcaqayın rənglərinə boyanmış hansısa uşaq sürüşgəni onların uşaqlığının əsas rəmzinə çevriləcək.

Onları burada xoş qarşılayacaqlar. Qəbələlilər indiyədək rusiyalı hərbçiləri xoş sözlə xatırlayırlar. Çünki onlardan hansısa və ya qohumlarından biri RLS-də müqavilə əsasında işləyir, və yerli standartlarla müqayisədə olduqca yüksək maaş alırdı. Yerli bazarda işləyən satıcı və taksi sürücüləri onları açıq və səxavətli insan kimi xatırlayırlar. Ümumi olaraq, burada Rusiyaya qarşı müsbət münasibət var.

Digər tərəfdən, xatirələr bir qırağa, amma Qəbələnin yalnız turizm sayəsində ciddi gəlirlər əldə etdiyini göstərən real rəqəmlər var.

Bu ilin əvvəlindən ölkəmizin bu bölgəsinə səfər edən inturistlərin ümumi sayı ilə bağlı rəqəmlərim yoxdur... Amma yerli mehmanxanalardan biri olan “Karvansaray”-da mənə bu mövsümün başlanğıcından təkcə həmin mehmanxanaya İraqdan, Qətərdən, Omandan və Səudiyyə Ərəbistanı və digər ölkələrdən 2 mindən çox turistin gəldiyini dedilər.

Qeyd etmək lazımdır ki, belə mehmanxanalar Qəbələdə az deyil və hamısı “ağzınacan doludur”.

Bunların hamısı onu göstərir ki, Qəbəblə və bütün rayon inturistlərin axınından Rusiyanın RLS-in icarəsi müqabilində Azərbaycana ödədiyi 7 milyon dollardan qat-qat çox gəlir əldə edir.

Bundan əlavə, artıq təbiətə və insanların sağlamlığına mənfi təsir edən radiolokasiya stansiyasının təsiri yoxdur. Hər bir halda, RLS-in fəaliyyət dövrü – ölkəmizin bu bölgəsinin tarixində artıq bağlanmış kitabdır.

O, al-əlvan gördüyüm, gələcklə yaşayır...

Əkbər Həsənov

Xüsusi olar 1news.az üçün.

Paylaş:
5461

Son xəbərlər

Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56
Bütün xəbərlər