Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

11:14 - 10 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

İngilis tədqiqatçı və yazıçı Qrem Uilson – dünya liderləri və nəhəng şirkətlər haqqında çoxsaylı bioqrafiya və kitabların müəllifidir.

O, Azərbaycan Prezidenti İlham Əliyev və Ümummilli lider Heydər Əliyevin bioqrafiyalarının, həmçinin ADR-in 100 illiyinə həsr olunmuş kitabın müəllifidir.   

Bakıya tez-tez səfər edən tədqiqatçı Azərbaycan reallıqlarından da xəbərdardır və 1news.az redaksiyasının yaxın dostudur.

1news.az və Audiokitab-ın birgə layihəsi olan – #Top5books onun ürəyincə oldu. Yazıçı da öz növbəsində beş kitab siyahısını hazırlayaraq oxucularımızla bölüşdü.

***

“Möcüzə quşunu öldürmək” (To Kill a Mockingbird)

Bu roman 1960-cı ildə nəşr olunub və əvəzssiz müasir klassikadır. Kitabda XX əsrin əvvəllərində insan davranışın və vicdanının araşdırılmasından bəhs edilir. Əsərin müəllifi Harper Li burada: yumor, nifrət, ikiüzlülük, sevgi, paklıq kimi hissləri birləşdirə bilib. Bütün 20-ci əsr ərzində bundan gözəl roman yazılmayıb.

Kitabı ingilisrus dilində almaq və ya onlayn oxumaq olar.

“Emosional intellekt” (Emotional Intelligence)

Kitabın müəllifi Daniel Qoulmandan bildim ki, əgər bir dəqiqə ərzində nəbziniz 100 dəfə vurursa, deməli rasional düşünmək üçün çox emosional insansınız. Özünüinkişafla bağlı kitabların tərəfdarı deyiləm, lakin “Emosional intellekt” hisslərin fikirləri dumanlandırmasını anlayırsan. Şəxsən mənə bu, daha ağıllı qərarlar qəbul etməyə kömək etdi.

Kitabı ingilis dilində onlayn buradan, rus dilində, shop.azAli&Nino-dan almaq olar.

“Cerçil: Tale ilə gəzinti” (Churchill: Walking with Destiny).

Ola bilsin ki, bu, dahi ingilislə bağlı birtomluq yeganə bioqrafiyadır. Kitabda gənc Uinstondan tutmuş Cerçilə qədər bütün detallar öz əksini tapıb.

Kitabı Amazon-dan almaq olar.

“Mənim mübarizəm” (Mein Kampf)

Kitabı oxuyarkən keçmişə nəzər yetirərək 1925-ci ildə saxta və yarı doğru xəbərlərə qərq olmanın şahidi olursan.

Açıq dünyagörüşlü hər bir insan – Donald Trampı dəstəkləsə də, dəstəkləməsə də, növbəti seçkilərdən qabaq mütləq bu kitabı oxumalıdır.

Kitabı ingilis dilində və rus dilində oxumaq olar.

“Herbert Çepmenin dövrü və həyatı: futbolun ən nüfuzlu simalarından biri” (The Life and Times of Herbert Chapman: The Story of One of Football's Most Influential Figures)

Herbert Çepmen 1930-cu illərdə “Arsenal” komandasının kapitanı olmuş və müasir futbol menecmetliyinin təsisçilərindəndir. Kitabı bu ilin mayında Bakıda Avropa Liqasının finalından öncə, “Arsenal”ın gəlişindən əvvəl oxumaq lazımdır.

Kitabı ingilis dilində buradan oxumaq olar.

Oxumağa dəyər 5 kitab: Qərbi-Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2132

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər